Loading...

25 Dec 2025

"Kristal" və "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!

"Kristal" şirkəti ilə kabel sistemləri sənayesində qlobal liderlərdən biri olan İtaliya brendi "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum "Prysmian Group"un Rusiya və MEART regionu üzrə Baş Kommersiya Direktoru Murat Tezcan və "Kristal" şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.

İmzalanmış memorandum tərəflər arasında indiyədək mövcud olan uğurlu əməkdaşlığın davamı olmaqla yanaşı, davam edən layihələrlə bərabər, gələcək illəri əhatə edən fəaliyyət planını da özündə əks etdirir. Razılaşma çərçivəsində "Kristal"ın həyata keçirdiyi "City Garden Narimanov", "Park Yasamal", "Highland Residence", və "Biləcəri" layihələrində "Prysmian Group" istehsalı olan yanmayan kabellərdən istifadə olunacaq. Sözügedən məhsullar mənzil daxili elektrik xətlərinin çəkilişi mərhələsində tətbiq olunacaq.

Qeyd edək ki, "Prysmian Group" kabel sistemləri sahəsində dünyanın aparıcı brendlərindən biridir və yüksək texnologiyalı, təhlükəsizlik standartlarına cavab verən məhsulları ilə tanınır. Şirkət tərəfindən istehsal olunan yanmayan kabellər yanma zamanı tüstü buraxmır, bu isə yaşayış binalarında təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Memorandum hər iki şirkət üçün strateji əhəmiyyət daşıyır və gələcəkdə əməkdaşlığın daha genişmiqyaslı layihələr üzrə davam etdirilməsi üçün möhkəm zəmin yaradır.

Ətraflı: *1544

kristal.az

“City Garden Narimanov”da mənzillər qısa müddətdə təhvil veriləcək!

“City Garden Narimanov”da mənzillər qısa müddətdə təhvil veriləcək!

“City Garden Narimanov”da mənzillər qısa müddətdə təhvil veriləcək!

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.

“Kristal” tikintidə enerji qənaəti üçün innovativ texnologiyalardan istifadə edir” - Mahayət Nəbiyev

icon