Loading...

14 Apr 2025

"City Garden Narimanov" layihəsi daha bir uğura imza atdı!

10 aprel tarixində həyata keçirilən ikinci "Sustainable Construction Summit" (Dayanıqlı Tikinti Zirvəsi) tədbirində "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevə GPM 360 (Green Project Management) sertifikatı təqdim olunub. Layihənin bu beynəlxalq mükafata layiq görülməsi sosial, ekoloji və iqtisadi aspektlərdə əldə etdiyi yüksək nəticələrin və dayanıqlılıq meyarlarına ciddi şəkildə əməl olunmasının sübutudur.

GPM360 layihələrin idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin tətbiqini və P5 modeli (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) üzrə dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunu qiymətləndirən beynəlxalq sertifikasiya prosesidir. Bu qiymətləndirmə layihənin yalnız texniki və iqtisadi göstəricilərini deyil, həm də insan haqlarına, ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və uzunmüddətli rifaha töhfəsini əhatə edir.

"City Garden Narimanov" layihəsi qiymətləndirmə mərhələsində GPM360-ın tələb etdiyi bütün əsas sənədləri və məlumatları tamlıqla təqdim etmiş, sosial, ekoloji və iqtisadi təsirlərə dair ətraflı hesabatlarla fərqlənmişdir.

Bu uğur "Kristal"ın yalnız tikinti sektorunda deyil, dayanıqlı inkişaf sahəsində də strateji yanaşmaya sahib olduğunu bir daha nümayiş etdirir. "City Garden Narimanov" layihəsinin GPM360 mükafatı ilə təltif olunması, onun beynəlxalq standartlara uyğunluğunu və Azərbaycanda dayanıqlı tikinti sahəsində aparıcı mövqelərdən birini tutduğunu göstərir.

Qeyd edək ki, "City Garden Narimanov" layihəsi daha öncə də nüfuzlu beynəlxalq daşınmaz əmlak mükafatı olan "International Property Awards"a layiq görülüb.

"City Garden Narimanov" layihəsinin "GPM360" sertifikatına müraciəti, hazırlığı və sertifikatın alınması PMO.az şirkətinin dəstəyi ilə həyata keçirilib.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, İslam Abışov küçəsi

kristal.az

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

Mənzil axtarışında olan və ya seçimlərini dəqiqləşdirmək istəyənlər üçün "Kristal" bayram günlərində əlverişli imkan yaradır!

"Kristal" binalarında işıq və istilik balansını qoruyan müasir pəncərə sistemləri tətbiq olunur!

"Kristal" binalarında işıq və istilik balansını qoruyan müasir pəncərə sistemləri tətbiq olunur!

Bu mənzillərdə həm müasir texnologiyaların, həm də yüksək komfortun fərqini hiss edəcəksiniz!

“Park Yasamal”da yeni mənzillərin satışı davam edir

“Park Yasamal”da yeni mənzillərin satışı davam edir

Bakıda mənzil bazarında alıcıların gözləntiləri ildən-ilə dəyişir. Bu gün mənzil seçərkən qiymət və yerləşmə ilə yanaşı, yaşayış mühiti, təhlükəsizlik, yaşıllıq sahələri, nəqliyyat əlçatanlığı və kompleksdaxili infrastruktur da əsas seçim meyarları sırasında yer alır.

icon