Loading...

24 Nov 2026

Kristalın premium təmir tərəfdaşı “Interium” – fərdi dizayn və interyer həlləri

Kristal müştərilərinə təqdim etdiyi imkanları tərəfdaşlıq əlaqələri ilə genişləndirməyə davam edir. Şirkətin premium təmir tərəfdaşı “Interium” məkanını fərdi dizayn konsepsiyası əsasında formalaşdırmaq istəyən müştərilər üçün memarlıq, layihələndirmə, interyer və eksteryer dizaynı, təmir-tikinti və fərdi mebel istehsalı xidmətləri təqdim edir.

Memarlıq və layihələndirmədən interyer və eksteryer dizaynına, təmir-tikinti işlərindən fərdi mebel istehsalına qədər bütün xidmətləri vahid yanaşma ilə təqdim edən “Interium” hər bir məkanın potensialını peşəkar həllərlə üzə çıxarır. Şirkət layihənin ilkin konsepsiyasından son icra mərhələsinə qədər bütün prosesi kompleks şəkildə idarə edərək estetik görünüşü, funksionallığı və keyfiyyəti bir arada birləşdirir. Fərdi yanaşma, peşəkar komanda və iş prosesinin şəffaf təşkili sayəsində hər bir layihə müasir standartlara və müştərinin gözləntilərinə uyğun reallaşdırılır.

“Interium” yaşayış və kommersiya məkanları üçün memarlıq, layihələndirmə, interyer və eksteryer dizaynı, təmir-tikinti, eləcə də fərdi mebel xidmətləri təqdim edir. Şirkət layihənin ilkin mərhələsindən son icra prosesinədək bütün işləri vahid komanda ilə həyata keçirərək müştərilərə hər mərhələdə rahatlıq və şəffaflıq təmin edir.

Təmir prosesi boyunca obyektdə kamera nəzarəti həyata keçirilir və hər mərhələ barədə müştəriyə bildiriş göndərilir. Müştəri istədiyi vaxt ona göndərilən link vasitəsilə şəxsi kabinetinə daxil olub iş prosesini izləyə, təmirin hansı mərhələdə olduğunu görə bilər. Beləliklə, işlərin gedişinə nəzarət etmək üçün mütəmadi olaraq obyektə baş çəkməyə ehtiyac qalmır.

“Interium”la əməkdaşlıq ödənişsiz ölçü və ilkin konsultasiya ilə başlayır. Görüş zamanı müştəri öz zövqünü, ehtiyaclarını, məkanla bağlı gözləntilərini, məkanı necə təsəvvür etdiyini komanda ilə bölüşə bilər.

Dizayn, təmir və mebel işlərinin vahid komanda tərəfindən həyata keçirilməsi müştərinin istək və seçimlərinin işin bütün mərhələlərində nəzərə alınmasına imkan verir. Məkanın layihələndirilməsindən təmir, dizayn, eləcə də fərdi mebelin hazırlanmasına qədər bütün qərarlar estetik görünüş, funksionallıq və istifadə rahatlığı nəzərə alınaraq verilir.

Təmiri “Interium”a həvalə edən müştərilərə interyer dizayn xidməti 50% güzəştlə təqdim olunur.

interium.az

https://www.instagram.com/interium.az/

"Kristal" bayramda da xidmətinizdədir – faizsiz kreditlə mənzil fürsətini qaçırmayın!

"Kristal" bayramda da xidmətinizdədir – faizsiz kreditlə mənzil fürsətini qaçırmayın!

"Kristal" bayramda da xidmətinizdədir – faizsiz kreditlə mənzil fürsətini qaçırmayın!

Biləcəridə yeni mənzil satışları başladı: ayda cəmi 918AZN ödənişlə - "Kristal!"

Biləcəridə yeni mənzil satışları başladı: ayda cəmi 918AZN ödənişlə - "Kristal!"

"Kristal" "Biləcəri" yaşayış kompleksində yeni, məhdud sayda mənzilləri satışa çıxardı!

Təmirində qlobal markalar istifadə edilən mənzillər “Kristal”da!

Təmirində qlobal markalar istifadə edilən mənzillər “Kristal”da!

Təmirində qlobal markalar istifadə edilən mənzillər “Kristal”da!

icon