"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.
Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılması və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrin daxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdə aparılan işləri əhatə edir.
Memorandumu GEWISS şirkətinin Yüksək Artım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri Guido Bonacina, "Kristal"dan isə şirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev imzalayıb.
GEWISS brendi elektrik avadanlıqları sahəsində Avropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimi tanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları ilə seçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımından beynəlxalq standartlara tam cavab verir. GEWISS-in elektrik açarları və digər aksesuarları isə müasir interyerlərə uyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilə tikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlər GEWISS-i dünya üzrə tikinti layihələrində üstünlük verilən top brendə çevirir.
Əməkdaşlıq çərçivəsində "Kristal"ın "City Garden Narimanov", "Park Yasamal", "Highland Residence", "Biləcəri", "Sahil Park" layihələrində GEWISS istehsalı olan elektrik açarları və digər elektrik aksesuarlarının tədarükü nəzərdə tutulur.
Bu məhsullar yaşayış komplekslərində elektrik təchizatı, işıqlandırma və idarəetmə sistemlərinin quraşdırılması prosesində istifadə olunur.
"Kristal" və GEWISS bundan sonra da uzunmüddətli əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsini planlaşdırır.
Ətraflı: *1544
kristal.az
36 ayadək faizsiz, daxili kreditlə "City Garden Narimanov"da premium mənzil sahibi olun - "Kristal!"
Rahatlıq, keyfiyyət və premium yaşayış standartlarını bir araya gətirən "City Garden Narimanov" layihəsi hazırda mənzilləri faizsiz daxili kreditlə təklif edir. Kompleksdə hazırda faizsiz daxili kreditlə mənzil satışları davam edir, bu da alıcılara həm əlçatan şərtlərlə, həm də dəyəri daim artan layihədə investisiya etmək imkanı yaradır.
Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
Bakıda mənzil almaq istəyənlərin ilk suallarından biri artıq qiymət deyil. “Binanın tikintisi nə vaxt bitəcək?” Son illərdə alıcıların böyük hissəsi tikintisi davam edən layihələrdən daha çox, qısa müddətdə təhvil verilə bilən binalara üstünlük verir. Bunun əsas səbəbi həm uzun gözləmə müddətindən yayınmaq, həm də investisiyanın daha tez dəyər qazanmasıdır.
Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"
Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"