“Kristal” İtaliyanın aparıcı premium keramika və keramoqranit istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu imzaladı. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Florim” şirkətinin İcraçı direktoru Beatrice Lucchese tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər arasında “Kristal”ın layihələrində istifadə olunacaq premium keramika və keramoqranit məhsullarının tədarükünü əhatə edən razılaşma əldə edilib. “Florim” məhsulları mənzillərin döşəmə və divar üzlüklərində tətbiq olunacaq, bu isə layihələrdə keyfiyyət, estetik görünüş və davamlılıq standartlarının daha da yüksəldilməsinə töhfə verəcək.
Sözügedən əməkdaşlıq tikinti materiallarının təchizatında uzunmüddətli və sistemli yanaşmanın formalaşdırılmasına, eyni zamanda beynəlxalq keyfiyyət standartlarına cavab verən məhsulların yerli layihələrdə daha geniş tətbiqinə imkan yaradacaq.
1962-ci ildə İtaliyada təsis olunan “Florim” premium keramika və keramoqranit məhsullarının istehsalı üzrə ixtisaslaşmış, dünya miqyasında tanınan istehsalçılardan biridir. Şirkət innovativ texnologiyaları, yüksək keyfiyyət standartları, davamlı istehsal prinsipləri və müasir dizayn həlləri ilə seçilir. “Florim” məhsulları dünyanın müxtəlif ölkələrində yaşayış, kommersiya və ictimai məkan layihələrində geniş istifadə olunur.
İmzalanmış memorandum “Kristal” və “Florim” arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur və “Kristal”ın həyata keçirdiyi layihələrdə beynəlxalq səviyyədə tanınan istehsalçının məhsullarının tətbiqini nəzərdə tutur.
“Park Yasamal”da dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb - “Kristal!”
“Kristal”ın Yasamal rayonunda yerləşən “Park Yasamal” yaşayış kompleksində dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb. Mənzillər alıcılara aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanları və tam təmirli şəkildə təqdim olunması ilə diqqət çəkir.
Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər
Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən "Park Yasamal” isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənəuyğun olanı tapmaqdır.
“City Garden Narimanov”da mənzil alın, Porsche Taycan elektromobili qazanın - "Kristal"!
“City Garden Narimanov”da mənzil alın, Porsche Taycan elektromobili qazanın - "Kristal"!