Yeni mənzil axtaranlara şad xəbər!
"Kristal"ın çox sevilən və tələb görən "Park Yasamal" yaşayış kompleksində yeni mənzillər satışa çıxarılıb. Layihə çərçivəsində həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və planlaşdırmaya malik mənzil seçimləri təqdim olunur.
Kompleksdə alıcılar üçün 2, 3 və 4 otaqlı və studiya mənzil variantları mövcuddur. Mənzillərin planlaşdırılması zamanı yaşayış sahələrinin funksional istifadəsinə xüsusi diqqət yetirilib ki, bu da sakinlərə hər kvadratmetrdən daha səmərəli yararlanmağa imkan verir. Tam təmirli formada təhvil verilən bu mənzillər 20 ilədək ipoteka, daxili kredit və faizsiz hissəli alış imkanları ilə alıcılara təklif olunur.
"Park Yasamal" yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı ASAN Xidmət mərkəzinin yaxınlığında yerləşir. Layihənin yerləşdiyi ərazi şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanları ilə seçilir və gələcək inkişaf perspektivləri ilə diqqət çəkir.
Kompleksdə təqdim olunan mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir işlərində Avropa istehsalı olan yüksək keyfiyyətli materiallardan istifadə olunur. Layihənin tikintisində müasir mühəndislik həlləri, yüksək keyfiyyətli beton və qabaqcıl qəlib sistemləri tətbiq edilir. Hazırda layihədə hazır və tikintisi davam edən, 41 kv.m-dən 120 kv.m-dək müxtəlif zövqə və büdcələrə uyğun planlanmış mənzil seçimləri mövcuddur.
Kompleksdə sakinlərin rahatlığını artırmaq məqsədilə səs və istilik izolyasiyası həllərinə geniş yer verilib. Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir. Mənzillərarası döşəmə və divar konstruksiyalarında istifadə edilən xüsusi izolyasiya materialları isə həm istilik itkisinin qarşısını alır, həm də əlavə komfort yaradır.
Layihənin üstünlüklərindən biri də geniş abadlaşdırılmış ərazisidir. Kompleks daxilində yaşıllıq zonaları, göl ətrafında istirahət məkanları, futbol meydançası, uşaqlar üçün oyun sahələri və özəl uşaq bağçası nəzərdə tutulub. Ərazidə 24/7 kamera nəzarət sistemi və geniş avtodayanacaq sakinlərin təhlükəsizliyini və rahatlığını təmin edir.
Layihə haqqında ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı məlumat: *1544
"Kristal" və "GEWISS" arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb!
"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.
“City Garden Narimanov” yeni satış ofisinin açılışı baş tutub - Bakının yeni premium həyat mərkəzi
Bakı şəhərinin prestijli yaşayış komplekslərindən biri olan “City Garden Narimanov” layihəsinin yeni satış ofisinin təqdimat tədbiri keçirilib.
Nərimanovda 2, 3, 4 otaqlı və studiya premium təmirli mənzillərin satışı davam edir! - "Kristal"
Gələcək üçün düzgün qərar həm rahat yaşayış, həm də dəyər qazanan bir əmlak seçimi ilə başlayır. Bu baxımdan, şəhərin prestijli nöqtələrindən birində yerləşən "City Garden Narimanov" layihəsi gündəlik komfortu və uzunmüddətli perspektivdə dəyər potensialını bir arada təqdim edən yaşayış komplekslərindən biri kimi seçilir.