Loading...

31 May 2025

Yeni dövr, yeni ad: Kristal rebrendinq etdi!

Bu gün, 31 may tarixində, Gülüstan sarayında Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan Kristal brendinin rebrendinq tədbiri keçirilir.

Tədbirdə şirkətin yeni loqotipi, vizual kimliyi, rəqəmsal platformaları və gələcək hədəfləri ictimaiyyətə təqdim olunur. Rebrendinq, Kristalın uzun illər əsas tutduğu “insan amili”ni artıq brendin vizual və kommunikasiya strategiyalarında da ön plana çıxarmağı hədəfləyir. Bu, şirkətin yanaşma tərzində mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

https://youtu.be/BswG7Nc0LkY

Kristal bu yeni mərhələdə yalnız vizual imicini deyil, həmçinin fəaliyyət strategiyasını da yeniləyir. Şirkət yaxın zamanda yeni şəhərlərdə fəaliyyətini genişləndirməyi, yeni yaşayış konseptləri ilə çıxış etməyi və müştəri təcrübəsini rəqəmsal mühitdə daha əlçatan və funksional etmək məqsədilə yeni vebsayt və mobil tətbiq təqdim etməyi planlaşdırır.

Hazır mənzil, yoxsa tikintisi davam edən bina? Yasamalda hər iki seçim üçün mənzil imkanları var

Hazır mənzil, yoxsa tikintisi davam edən bina? Yasamalda hər iki seçim üçün mənzil imkanları var

Yasamalda mənzil axtararkən seçim yalnız ərazi ilə məhdudlaşmır. Hazır mənzilə köçmək istəyirsən, yoxsa tikintisi davam edən layihədən seçim etmək? Daha geniş sahə, studiya planı, şəxsi bağça və ya terras sənin üçün daha önəmlidir? Doğru mənzili seçmək üçün bütün bu imkanları bir yerdə müqayisə etmək vacibdir.

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!

Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.

Nərimanovda ev axtaranlar üçün əla seçim: "City Garden"də faizsiz kreditlə mənzillər - "Kristal!"

Nərimanovda ev axtaranlar üçün əla seçim: "City Garden"də faizsiz kreditlə mənzillər - "Kristal!"

Nərimanovda həm yaşamaq, həm də investisiya üçün uyğun mənzil axtarırsınız? "N.Nərimanov" metro stansiyasından cəmi 5 dəqiqəlik məsafədə yerləşən "City Garden Narimanov" layihəsində premium mənzillərin faizsiz kreditlə satışı davam edir.

icon