Loading...

30 Sep 2026

Paytaxtın bu ərazisində hazır və tikintidə olan mənzillər satışdadır: kredit şərtləri yeniləndi - ƏTRAFLI

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox, çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsa tikintidən seçim edilsin?Əslində, seçim imkanları nə qədər çoxdursa, sənə uyğun mənzili tapmaq da bir o qədər rahat olur.

Park Yasamal-da isə bu seçimlər kifayət qədərdir.

Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən Park Yasamal böyük bir yaşayış kompleksinin davamıdır. Burada həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və otaq sayında mənzillər təqdim olunur. İstər daha kompakt mənzil, istər geniş ailə evi axtarasan, seçimlər arasından özünə uyğun variant tapa bilərsən.

Üstəlik, bəzi mənzillərdə bağça və terras seçimi də var. Bina evində şəxsi açıq məkanın olması isə gündəlik həyata ayrıca rahatlıq qatır – səhər qəhvəsini açıq havada içməkdən uşaqlar üçün kiçik oyun guşəsi yaratmağa qədər.

Mənzillər tam təmirli şəkildə təhvil verilir. Beləliklə, ev aldıqdan sonra aylarla təmir, usta və material seçimi ilə məşğul olmaq əvəzinə, mənzilinə yerləşməyə başlaya bilərsən. Təmir zamanı Almaniyanın “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, Almaniyanın “GROHE” hamam aksesuarları və İtaliyanın “Infinity” keramoqranitlərindən istifadə olunur.

Park Yasamal-da yaşayış yalnız mənzillə məhdudlaşmır. Geniş yaşıl park, göl ətrafı istirahət zonaları, futbol meydançası, özəl uşaq bağçası, təhlükəsiz avtodayanacaq və 24/7 kamera-nəzarət sistemi gündəlik həyatı daha rahat edir. Ərazidə gündəlik ehtiyaclar üçün lazım olan imkanlar da yaxınlıqda yerləşir.

Mənzil sahibi olmaq istəyənlər üçün yeni şərtlər ilə illik 8%-dən başlayan güzəştli kredit imkanları təqdim olunur. Bundan əlavə, mənzilləri 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür.“Kristal”ın “Evini hissə-hissə al” modeli ilə isə mənzilə faizsiz və aylıq öhdəliksiz, mərhələli şəkildə sahib olmaq mümkündür. İstədiyin sahəni bu gündən kvadrat-kvadrat al, gələcəyinə yatırım et!

Sənə uyğun mənzili yerində görmək və satış şərtləri ilə tanış olmaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.

Ətraflı: *1544

Ünvan:Yasamal rayonu, Kamil Rəhimli Küçəsi

kristal.az

Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI

Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI

Daşınmaz əmlak uzun illərdir kapitalını qorumaq və dəyərləndirmək istəyənlərin diqqətində olan investisiya istiqamətlərindən biridir. 2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artım tendensiyası davam edir və mütəxəssislər aktivin lokasiyası, investisiya potensialı və tələbinin onun gələcək dəyərində mühüm rol oynadığını qeyd edirlər

Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər

Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər

Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən "Park Yasamal” isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənəuyğun olanı tapmaqdır.

Xırdalan və Sumqayıtda yeni mənzillərin satışı başlayıb

Xırdalan və Sumqayıtda yeni mənzillərin satışı başlayıb

Xırdalan və Sumqayıtda mənzil almaq üçün nə qədər ilkin ödəniş lazımdır? Sərfəli şərtlərlə tam təmirli mənzil seçimləri

icon