Loading...

07 Aug 2026

"Kristal" və "Hansgrohe" gələcək layihələr üzrə əməkdaşlıq memorandumu imzalayıb

6 avqust 2026-cı ildə Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal" ilə premium sanitar avadanlıqları və hamam həlləri sahəsində dünyanın tanınmış brendlərindən "Hansgrohe" arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Memorandum "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "Hansgrohe SE"-nin Baş İcraçı Direktoru (CEO) Hans-Yürgen Kalmbax tərəfindən imzalanıb.

Anlaşma tərəflərin Azərbaycanda həyata keçiriləcək tikinti və interyer layihələri üzrə əməkdaşlığının genişləndirilməsinə yönəlib. Memorandum çərçivəsində gələcək layihələrdə innovativ həllərin tətbiqi, məhsul seçimi və texniki dəstək, dizayn və layihələndirmə proseslərinin əlaqələndirilməsi, eləcə də dayanıqlılıq və enerji səmərəliliyinə əsaslanan yanaşmalar üzrə birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

İmzalanan memorandum "Kristal" və "Hansgrohe" arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda həyata keçirilən müasir tikinti layihələrinə inteqrasiyasına və keyfiyyət standartlarının daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

kristal.az

Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"

Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"

Nərimanovda premium təmirli, hazır mənzillərin satışı davam edir - "Kristal!"

"Kristal"ın "Yeni Sumqayıt" və "Sahil Park" layihələrində sərfəli satış şərtləri

"Kristal"ın "Yeni Sumqayıt" və "Sahil Park" layihələrində sərfəli satış şərtləri

Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün sərfəli fürsət: "Kristal"ın "Yeni Sumqayıt" və "Sahil Park" layihələrində satışlar davam edir. Layihələrdə müxtəlif ölçü və planlara malik mənzillər təqdim olunur ki, bu da alıcılara seçim baxımından geniş imkan yaradır.

"City Garden Narimanov"da faizsiz kreditlə premium mənzil fürsəti - indi al, tezliklə köç!

"City Garden Narimanov"da faizsiz kreditlə premium mənzil fürsəti - indi al, tezliklə köç!

Tezliklə təhvil veriləcək premium mənzillər, özü də faizsiz kreditlə – bu fürsəti əldən verməyin!

icon