"Kristal" müştərilər üçün daha rahat və çevik xidmət imkanları yaratmaq məqsədilə yeni Mərkəzi satış ofisini istifadəyə verib.
Ofis "Elmlər Akademiyası" metro stansiyası yaxınlığı, Hüseyn Cavid prospekti 78, "Merida Premium" layihəsində yerləşir.
Yeni satış ofisi "Kristal"ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən layihələr barədə məlumatı vahid məkanda təqdim edir. Müştərilər burada layihələrin ümumi konsepti, mənzil planları, qiymətlər və mövcud satış şərtləri ilə ətraflı tanış ola, fərqli variantları müqayisə edə və büdcələrinə ən uyğun seçimi edə bilərlər. Bu xidmət ödənişsiz əmlak konsultasiyası formatında həyata keçirilir və hər bir alıcıya fərdi yanaşma təqdim olunur.
Mərkəzi satış ofisində "City Garden Narimanov", "Park Yasamal", "Sahil Park Sumqayıt", "Biləcəri yaşayış kompleksi", "Kristal Towers", "Yeni Sumqayıt", "Highland Residence" və "Park Xırdalan" layihələri üzrə detallı məlumat əldə etmək mümkündür.
Hazırda şirkət müxtəlif satış mexanizmləri təklif edir. Müştərilərə 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka, 12 və 36 ayadək faizsiz daxili kredit imkanları təqdim olunur. Onu da qeyd edək ki, hazırda "Evini hissə-hissə al" kampaniyası da davam edir. Bu model kredit və faiz olmadan hissəli ödənişlə mənzil sahibi olmaq imkanı yaradır. Müştərilər bütün bu imkanları bir məkanda dəyərləndirərək öz gələcək planlarına ən uyğun qərarı verə bilərlər.
"Kristal"ın Mərkəzi satış ofisi mənzil seçimini daha rahat, şəffaf və əlçatan edir. Ətraflı məlumat üçün satış ofisinə yaxınlaşmaq və ya *1544 qısa nömrəsinə zəng etmək kifayətdir.
Ətraflı: *1544
"Park Yasamal"da hazır 2 otaq studiya mənzillər satışa çıxdı! - "Kristal"
Yeni mənzil axtaranlara şad xəbər! "Kristal"ın çox sevilən və tələb görən "Park Yasamal" yaşayış kompleksində yeni mənzillər satışa çıxarılıb. Layihə çərçivəsində həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və planlaşdırmaya malik mənzil seçimləri təqdim olunur.
Nərimanovda faizsiz kreditlə premium mənzillər - “Kristal”
Nərimanovda faizsiz kreditlə premium mənzillər - “Kristal”
“Kristal” və “Florim” arasında memorandum imzalandı
“Kristal” İtaliyanın aparıcı premium keramika və keramoqranit istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu imzaladı. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Florim” şirkətinin İcraçı direktoru Beatrice Lucchese tərəfindən imzalanıb.