Memorandum "Zambaiti Parati" şirkətinin Group CEO-su Davide Zambaiti və Kristalın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.
Sənəd iki qurum arasında uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlığı rəsmi şəkildə təsdiqləyir.
"Zambaiti Parati" beynəlxalq bazarda yüksək keyfiyyətli, İtaliya istehsalı divar kağızlarının istehsalında qabaqcıl və premium brend kimi tanınır. Şirkət illərdir texnologiya, dizayn və material keyfiyyəti sahəsində liderlərdən biri olaraq seçilir. Yeni razılaşma çərçivəsində "Zambaiti Parati" məhsulları Kristalın bir sıra layihələrində - "City Garden Narimanov", "Park Yasamal", "Highland Residence" və "Biləcəri" komplekslərində istifadə olunacaq.
Memorandum hazırda tikinti mərhələsində olan layihələri əhatə edir və əsasən mənzillərin və ümumi sahələrin tamamlanma mərhələsində tətbiq olunan interyer dekorasiyasına yönəlib. Razılaşma çərçivəsində Kristal zal, yataq otaqları və ümumi istifadə zonalarının dizaynında "Zambaiti Parati"nin divar kağızlarını istifadə edəcək.
"Kristal" və "Zambaiti Parati" əməkdaşlığını gələcəkdə daha geniş çərçivədə davam etdirməyi planlaşdırır.
Ətraflı: *1544
kristal.az
"Kristal"dan yeni fürsət: Biləcəridə 2 otaq studiya mənzil, sadəcə 957 manat aylıq ödənişlə!
Sərfəli şərtlərlə yeni mənzil axtaranlar üçün əla xəbərimiz var! "Kristal" "Biləcəri" layihəsində yeni 2 otaq studiya mənzillərin satışına start verib!
Ev sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: “Park Yasamal”dan həm hazır, həm tikintisi davam edən mənzillər – “Kristal!”
Yeni mənzil seçərkən hər kəsin ağlında belə bir sual yaranır: hazır evə dərhal köçmək daha yaxşıdır, yoxsa daha sərfəli şərtlərlə tikintisi davam edən mənzil?
"City Garden Narimanov"da premium həyatın üstünlükləri bir layihədə - "Kristal!"
Şəhər mərkəzinə yaxın, geniş yaşıllığa malik, müasir memarlıq və yüksək tikinti standartlarını bir araya gətirən yaşayış kompleksi axtaranlar üçün "City Garden Narimanov" diqqət çəkən ünvanlardan biridir.