Bakı bulvarının düz qarşısında yerləşən "Kristal Towers" layihəsində yaşayışa hazır, geniş mənzillər satışdadır!
"Kristal"ın Bayılda, Bakı bulvarının qarşısında inşa etdiyi "Kristal Towers" qüllələri hazırda müxtəlif sahəli, hazır, premium təmirli və təmirsiz mənzillərlə alıcılara geniş seçim imkanı təqdim edir. Layihənin yerləşdiyi mövqe, planlaşdırılması və təklif etdiyi üstünlüklər onu şəhərdə dəbdəbəli və keyfiyyətli mənzil axtaranlar üçün ideal edir.
Hazırda satışda olan mənzillər arasında 3, 4 və 5 otaqlı geniş və optimal planlamaya malik təmirli və təmirsiz mənzillər mövcuddur. Məsələn, 223,5 m² sahəli, premium təmirli, yaşayışa hazır mənzil 5 otaqdan ibarətdir. Bu mənzilin mətbəxi və yataq otaqları bulvar mənzərəsinə açılır, qonaq otağında isə döşəmədən tavana qədər uzanan panoram pəncərə vasitəsilə Bakı buxtasının tam mənzərəsi görünür. Mənzillə tanış olmaq üçün videoya keçid edə bilərsiniz:
https://www.youtube.com/watch?v=FW8l8sf61uM
"Dövlət Bayrağı Meydanı", "Dəniz Mall" və "Baku Crystal Hall" kompleksdən sadəcə 5 dəqiqəlik məsafədə yerləşir, Bakı bulvarına isə birbaşa çıxışı mövcuddur.
Fasad uzunömürlü istilik izolyasiyası və mərmərlə təchiz olunub ki, bu da kompleksin premium-klass olduğunu bir daha vurğulayır. "Kristal Towers" layihəsinin geniş yeraltı və yerüstü parkinqində isə, hər mənzil üçün ən az 3-4 avtomobil yeri var. Sakinlərin rahatlığı üçün qapalı həyət, 24/7 mühafizə, kamera-nəzarət sistemi, uşaq və böyüklər üçün istirahət zonaları mövcuddur.
Mənzilləri nağd və ya 30% ilkin ödənişlə 20 ilədək ipoteka ilə əldə edə bilərsiniz. Əgər siz də Bakının prestijli nöqtəsində yaşamaq istəyirsinizsə, məhz bu layihə sizin üçün əla seçim olacaq. Əlaqə üçün *1544-ə zəng edin və ya birbaşa layihənin satış ofisinə gəlib öz gözlərinizlə yerində görün.
Ətraflı: *1544
Ünvan: Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, 32
Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI
Daşınmaz əmlak uzun illərdir kapitalını qorumaq və dəyərləndirmək istəyənlərin diqqətində olan investisiya istiqamətlərindən biridir. 2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artım tendensiyası davam edir və mütəxəssislər aktivin lokasiyası, investisiya potensialı və tələbinin onun gələcək dəyərində mühüm rol oynadığını qeyd edirlər
36 ayadək faizsiz, daxili kreditlə "City Garden Narimanov"da premium mənzil sahibi olun - "Kristal!"
Rahatlıq, keyfiyyət və premium yaşayış standartlarını bir araya gətirən "City Garden Narimanov" layihəsi hazırda mənzilləri faizsiz daxili kreditlə təklif edir. Kompleksdə hazırda faizsiz daxili kreditlə mənzil satışları davam edir, bu da alıcılara həm əlçatan şərtlərlə, həm də dəyəri daim artan layihədə investisiya etmək imkanı yaradır.
Gənclik parkının yanında hazır binada mənzillər - Hansı təkliflər var?
Xətaidə mənzil axtaranlar üçün seçimlər: "Highland Residence"də yaşayış necədir?