Loading...
close-svg

17,3 hektar, yaşıl həyət

17,3 hektarlıq geniş, yaşıl həyətdə çiçək və meyvə bağçası, uşaqlar üçün istirahət və oyun zolaqları, piknik və barbekü üçün xüsusi zonalar, dekorativ hovuzlar və fəvvarədən ibarət bənzərsiz landşaft sənə özünü təbiətin içində hiss etdirəcək.

Müxtəlif imkanlar

Bakının məşhur prospektlərini qovuşduran və 29 binadan ibarət olan yaşayış kompleksində sağlamlığının qeydinə qalarkən vaxtını əyləncəli keçirə bilməyin üçün - veloyol, tennis kortu, basketbol, futbol meydançaları, mini qolf zonası, açıq havada fitnes sahəsi və skeyt sürmək üçün xüsusi zona kimi bütün imkanlar düşünülüb.

Kompleks həyat tərzi

"Heydər Əliyev" prospektinin yaxınlığında, İslam Abışov küçəsində, "N.Nərimanov" metrosuna 720 metr məsafədə yerləşən bu layihədə geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları səni kompleksdən kənara çıxmadan bütün işlərini həll etmək imkanı ilə təmin edəcək.

Müasir memarlıq

Yerdən tavanadək pəncərələr, şəxsi bağçalı dupleks mənzillər və müasir memarlığa aid müxtəlif növ detalları ilə “City Garden Narimanov” modern üslubda mənzil axtaranlar üçün əvəzsiz seçimdir.

İzolyasiyalı mənzillər

“City Garden Narimanov” yaşayış kompleksində mənzillərarası və mənzildaxili divaralara yenilənmiş səs izolyasiyası tətbiq olunur. Yaradılan bu yeni izolyasiya sistemi mənzilinizdəki kənar səsləri yox dərəcəsinə endirir. Səs izolyasiyası imkanları ilə yanaşı istifadə etdiyimiz materiallar həmçinin istilik izolyasiyası xüsusiyyətinə malikdir. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir. Beləliklə, sən burada rahatlığı ən incə frekanslarına qədər hiss edəcəksən. Nə üst qonşunun mənzilindəki səsi səni narahat edəcək, nə də yay-qış mənzilindəki istiliyi mühafizə etməkdə problem yaşayacaqsan.

Avropa brendləri ilə təmir

Kompleksdə mənzillər müasir standartlara cavab verən yeni üslubda təmir olunur. İstifadə olunan tikinti materiallarının hər biri beynəlxalq standartlara uyğun Avropa brendləridir. Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sənə xidmət edəcək. İtaliya istehsalı olan Gewiss üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, Gewiss estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir və davamlı istifadəyə yararlıdır. İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir.

City Garden Narimanov

Xəyallar burada gerçək olur!

Xəyallar burada gerçək olur!

Meqa yaşayış kompleksi “City Garden Narimanov”u rahatlığın mərkəzində, yaşıllıqlar arasında, səs-küydən uzaq, şəhərə yaxın premium həyat yaşamaq istəyənlər üçün inşa edirik. Bütün həyat ehtiyaclarını bir kompleks daxilində cəmlədik ki, işlərini həll edərkən doğma evindən uzaq düşməyəsən.

Şəhərin mərkəzinə yaxın, həm də şəhər səs-küyündən uzaq bir layihə düşün. Bu, artıq xəyal deyil! Şəhərin coğrafi mərkəzində yerləşən “City Garden Narimanov”da premium həyat tərzini ən incə detallara qədər hiss edəcəksən.

video image

Mənzillərin planı

room-svg room-svg room-svg room-svg room-svg

Otaq sayı {{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²

{{formattedPrice(item["mebleg"])}}

Mənzil tapılmadı

Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin

Üstünlüklər

Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!

Bizimlə əlaqə

Mesaj uğurla göndərildi

icon