"Kristal"ın Yasamal rayonunda yerləşən "Park Yasamal" yaşayış kompleksində dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb. Mənzillər alıcılara aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanları və tam təmirli şəkildə təqdim olunması ilə diqqət çəkir.
Layihə Yasamal rayonunda, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaxınlığında yerləşir. Şəhərin müxtəlif istiqamətlərinə rahat çıxışı olan kompleksdə şəhər həyatının rahatlığı ilə sakit və yaşıl mühit bir araya gətirilib.
"Park Yasamal" layihəsində müxtəlif mənzil variantları təqdim olunur: Hazır, tikintisi davam edən və əşyalı mənzillər olmaqla, 55,46 kv.m-dən 120,47 kv.m-dək, 2, 3 və 4 otaqlı, həmçinin studiya mənzillər.
Layihədə dövlət ipotekası ilə yanaşı, digər satış şərtləri də mövcuddur. Mənzillər 36 ayadək daxili kredit, 20 ilədək bank krediti, eləcə də şirkətin yeni təqdim etdiyi "Evini hissə-hissə al" satış modeli ilə də təklif olunur. "Evini hissə-hissə al" modeli mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə sahib olmaq imkanı yaradır.
Mənzil alışı zamanı edilən ilkin ödənişin ƏDV məbləği isə 30 iş günü ərzində geri qaytarılır, nəticədə ilkin ödəniş faktiki olaraq azalır.
Kompleksin ərazisində sakinlərin gündəlik rahatlığı üçün müxtəlif imkanlar yaradılıb. Göl ətrafı istirahət zonaları, geniş və yaşıl park sahəsi, futbol meydançası və özəl uşaq bağçası. Ərazi 24/7 kamera-nəzarət sistemi ilə təmin olunur, sakinlər üçün geniş avtodayanacaq mövcuddur. Kompleksin ətrafında isə gündəlik yaşayış üçün lazım olan xidmət və obyektlər yerləşir.
Binaların müasir memarlıq üslubunda olan fasadlarında uzunömürlü materiallardan istifadə olunub. Mənzillərdə döşəmədən tavana qədər panoram pəncərələr tətbiq edilib. Mənzillərin planlanması optimal və itkisiz şəkildə edilib, səs və istilik izolyasiyası tətbiq olunub ki, bu da həm komfort, həm də enerji baxımından daha səmərəli yaşayış mühiti yaradır.
Tam təmirli və kommunal xidmətlərlə birlikdə təhvil verilən mənzillərin təmirində Avropa brendlərinin materiallarından istifadə olunur. Təmir prosesi zamanı materialların seçimi alıcının zövqünə uyğun müəyyənləşdirilir.
Layihə və satış şərtləri haqqında daha ətraflı məlumat almaq istəyənlər layihənin satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərlər.
Ətraflı: *1544
Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər
Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən "Park Yasamal” isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənəuyğun olanı tapmaqdır.
"Park Yasamal"da 17 min manat ilkin ödənişlə - 2 otaq studiya mənzil sahibi ola bilərsiniz
Bakıda rahat, keyfiyyətli və sərfəli şərtlərlə mənzil axtaranlar üçün yaxşı xəbər var: "Park Yasamal" yaşayış kompleksində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir!
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
City Garden Narimanov yaşayış kompleksində tikintisi davam edən mənzillər üçün satış şərtləri yenilənib. Bakının Nərimanov rayonunda, şəhərin əsas nəqliyyat və kommunikasiya xətlərinə yaxın ərazidə inşa olunan layihə müasir memarlığı, geniş yaşıllıq sahələri və zəngin infrastrukturu ilə seçilir.