Loading...

25 Feb 2026

"Kristal" parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!

"Kristal""HARO" şirkəti arasında memorandum imzalanıb.

Tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən "Kristal" ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüş çərçivəsində tərəflər arasında "Kristal"ın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, əməkdaşlıq hazırda "təmiri davam edən" mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları "Kristal"ın "City Garden Narimanov", "Park Yasamal""Highland Residence" layihələrində tətbiq olunacaq. "HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.
Bu əməkdaşlıq tikinti materiallarının təchizatında davamlı və sistemli yanaşmanın formalaşdırılmasına, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların yerli layihələrdə istifadəsinə şərait yaradacaq.

Şirkət haqqında

"HARO" Almaniyada fəaliyyət göstərən və uzunillik təcrübəyə malik döşəmə örtükləri istehsalçısıdır. Şirkət premium laminat və parket məhsullarının istehsalı üzrə ixtisaslaşmaqla yanaşı, Almaniyanın TOP parket və laminat istehsalçılardan biri olaraq, məhsulları bir sıra ölkələrdə geniş tətbiq olunur. Keyfiyyət, davamlılıq və müasir dizayn həlləri şirkətin əsas prioritetləri sırasında yer alır.

İmzalanmış memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur və "Kristal"ın həyata keçirdiyi layihələrdə beynəlxalq istehsalçı məhsullarının istifadəsini nəzərdə tutur.

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

Böyük şəhərlərdə yaşayış rahatlığını müəyyən edən əsas amillərdən biri də mənzilin rahatlığı ilə yanaşı, onun ətraf mühitidir. Son dövrlərdə uşaqların oynaya biləcəyi, ailənin dincələ biləcəyi, təbiətə yaxın, təhlükəsiz və funksional həyət mühiti insanların ən böyük istəklərindən birinə çevrilib.

Yasamalda yaşamaq istəyənlər üçün sərfəli mənzil seçimləri - "Kristal!"

Yasamalda yaşamaq istəyənlər üçün sərfəli mənzil seçimləri - "Kristal!"

Əlverişli ərazidə, büdcənizə uyğun, özü də tam təmirli mənzil sahibi olmaq? "Kristal"ın "Park Yasamal" yaşayış kompleksi bu istəyinizi reallığa çevirir.

"Kristal" və "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!

"Kristal" və "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!

"Kristal" şirkəti ilə kabel sistemləri sənayesində qlobal liderlərdən biri olan İtaliya brendi "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalanıb.

icon