Loading...

12 Jun 2026

“City Garden Narimanov”da hazır və tikintisi davam edən mənzillər satışda!

Mənzil seçərkən alıcıların diqqət yetirdiyi əsas məqamlardan biri tikinti və təmir keyfiyyətidir. Çünki ev yalnız yaşayış məkanı deyil, həm də uzun illər üçün komfort və təhlükəsizlik təmin edən bir investisiyadır. Məhz bu yanaşmanı əsas götürən "Kristal"ın "City Garden Narimanov"layihəsi paytaxtın ən müasir və genişmiqyaslı yaşayış komplekslərindən biri kimi seçilir.

Şəhərin coğrafi mərkəzində, “Nəriman Nərimanov” metro stansiyasından bir neçə dəqiqəlik məsafədə yerləşən “City Garden Narimanov” sakinlərinə şəhər həyatının bütün üstünlüklərini geniş yaşıllıq ərazisi ilə bir arada təqdim edir. 17,3 hektarlıq ərazidə inşa olunan layihədə sahələri 59 m²-dən 169,74 m²-dək dəyişən 2, 3, 4 otaqlı və studiya mənzillər satışdadır. Alıcılara həm tikintisi davam edən, həm də təhvilə yaxın mənzillər arasında seçim etmək imkanı yaradılıb.

Layihə mənzil sahibi olmaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da təqdim edir. Seçilmiş mənzillər üzrə 36 ayadək faizsiz daxili kredit imkanından yararlanmaq mümkündür. Eyni zamanda, bütün mənzillər 20 ilədək ipoteka şərtləri ilə təklif olunur. “Evini hissə-hissə al” modeli isə alıcılara minimum sahədən başlayaraq əlavə faiz və aylıq öhdəlik olmadan mənzillərinin sahəsini mərhələli şəkildə artırmağa imkan verir.

“City Garden Narimanov”un əsas üstünlüklərindən biri bütün mənzillərin premium təmirli şəkildə təhvil verilməsidir. Təmir prosesində Almaniyanın “HARO” parketləri və “GROHE” hamam aksesuarları, İtaliyanın “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabel infrastrukturu, “Zambaiti Parati” divar kağızları kimi tanınmış brendlərin məhsullarından istifadə olunur. Bu isə sakinlərə həm estetik görünüş, həm də uzunmüddətli istifadə üstünlüyü qazandırır.

Layihədə tikinti keyfiyyətinə xüsusi diqqət ayrılıb. Binaların inşasında beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metr dərinliyə qədər enən beton dayaqlar tətbiq edilir. Armatur birləşmələrində istifadə olunan müasir mufta texnologiyası isə konstruksiyanın möhkəmliyini artıraraq xüsusilə seysmik dayanıqlılığa əlavə üstünlük qazandırır.

Mənzillər gün işığından maksimum faydalanmaq üçün xüsusi planlaşdırılıb. Yerdən tavana qədər uzanan geniş pəncərələr interyerə daha açıq və işıqlı atmosfer bəxş edir. Həmçinin yenilənmiş səs və istilik izolyasiyası sistemləri sakinlərin rahatlığını daha yüksək səviyyədə təmin edir.

“City Garden Narimanov” yalnız yaşayış kompleksi deyil, həm də geniş infrastruktur imkanları təqdim edən müasir şəhər məkanıdır. Layihənin 17,3 hektarlıq yaşıllıq ərazisində 3 kilometrlik yürüş zolağı, 1,5 kilometrlik velosiped yolu, qaçış zolaqları, futbol, basketbol və tennis meydançaları, açıq hava fitnes zonaları, dekorativ hovuzlar, piknik və istirahət sahələri yaradılıb.

Kompleksin infrastrukturu yalnız açıq hava ilə məhdudlaşmır. Daxilində fəaliyyət göstərəcək mall, fitnes mərkəzi və uşaq bağçası sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə qarşılamasına imkan verəcək. Bundan əlavə, sentyabr ayından etibarən özəl “LANDAU School”un fəaliyyətə başlaması layihənin ailələr üçün cəlbediciliyini daha da artırır.

Layihə və mövcud satış şərtləri barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsən.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

Yasamalda yeni mənzillər sizi gözləyir!

Yasamalda yeni mənzillər sizi gözləyir!

“Kristal”ın unikal layihələrindən biri olan “Park Yasamal”da sərfəli şərtlərlə satışlar sürətlə davam edir.

Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?

Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?

Bakıda mənzil almaq istəyənlərin ilk suallarından biri artıq qiymət deyil. “Binanın tikintisi nə vaxt bitəcək?” Son illərdə alıcıların böyük hissəsi tikintisi davam edən layihələrdən daha çox, qısa müddətdə təhvil verilə bilən binalara üstünlük verir. Bunun əsas səbəbi həm uzun gözləmə müddətindən yayınmaq, həm də investisiyanın daha tez dəyər qazanmasıdır.

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

Böyük şəhərlərdə yaşayış rahatlığını müəyyən edən əsas amillərdən biri də mənzilin rahatlığı ilə yanaşı, onun ətraf mühitidir. Son dövrlərdə uşaqların oynaya biləcəyi, ailənin dincələ biləcəyi, təbiətə yaxın, təhlükəsiz və funksional həyət mühiti insanların ən böyük istəklərindən birinə çevrilib.

icon