Kristal olaraq gördüyümüz hər işdə cəmiyyətə, ətraf mühitə və komandamıza qarşı məsuliyyətimizi hiss edirik. Həyata keçirdiyimiz layihələrlə həm bu günü, həm də gələcəyi daha yaxşı etmək üçün çalışırıq. Qarşımıza qoyduğumuz məqsəd sadəcə gözəl binalar yaratmaq deyil, eyni zamanda, dəyərli və davamlı bir mühit formalaşdırmaqdır.
Ətraf mühitin qorunması bizim üçün xüsusi önəm daşıyır. Layihələrimizdə günəş panelləri və mərkəzi istilik sistemləri tətbiq edərək qazdan istifadənin azalmasına nail oluruq. Bu, təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan ölkəmiz üçün faydalıdır. Bununla yanaşı, yağış sularını toplayır, tullantıları çeşidləyir və saldığımız geniş yaşıllıq sahələri ilə yaşıl, təmiz mühitə töhfə veririk. Ağacəkmə aksiyalarımızla bu işimizi daha da gücləndiririk.
Cəmiyyətimizə dəstək olmaq bizim üçün vacibdir. Bunun üçün qanvermə aksiyaları keçirir, ehtiyacı olanlara kömək məqsədilə Yaşat Fonduna ianələr edirik. Hər bir aksiyada məqsədimiz bir az da olsa fayda verməkdir.
Komandamız isə bizim ən böyük gücümüzdür. İşçilərimizin hüquqlarını qoruyur, onların inkişafını dəstəkləmək üçün mütəmadi təlimlər və kurslar təşkil edirik. Şirkətimizdə gender bərabərliyini qoruyur və qadınlara rəhbər vəzifələrdə işləmək üçün bərabər imkanlar yaradırıq.
Gənclərin inkişafına dəstək olmaq bizim üçün xüsusilə önəmlidir. Bu səbəbdən, ödənişli təcrübə proqramlarımız vasitəsilə onlara iş təcrübəsi qazandırır, karyeralarının ilk addımlarında yanlarında oluruq.
Biz inanırıq ki, insanlara, təbiətə və əməkdaşlarımıza göstərdiyimiz qayğı təkcə uğurlarımızın deyil, həm də dəyərlərimizin əsasını təşkil edir. Kristal olaraq bu dəyərlərimizi qorumaq və daha da irəli aparmaq üçün bütün gücümüzlə çalışırıq.