Loading...
close-svg

Əlverişli yerləşmə

"Royal Residence" Bakı şəhərinin mərkəzi istiqamətlərindən birində – Nəsimi rayonunda yerləşməklə, sakinlərinə həm rahatlıq, həm də şəhərin ritmini hiss etmə imkanı yaradır. Layihə paytaxtın əsas prospektlərinə, ticarət mərkəzlərinə, məktəblərə, uşaq bağçalarına və səhiyyə müəssisələrinə yaxınlığı ilə fərqlənir.

Yaxınlıqda yerləşən metro stansiyaları və nəqliyyat xətləri gündəlik hərəkəti daha asan və çevik edir. İstər şəxsi avtomobillə, istərsə də ictimai nəqliyyatla şəhərin istənilən nöqtəsinə sürətli çıxış mümkündür.

Faydalı yaşam sahəsi

"Royal Residence" layihəsində hər kvadrat metr sizin rahatlığınız üçün nəzərdə tutulub. Burada mənzillər qeyri-yaşayış sahələrinə itki vermədən, maksimum funksionallıq və səmərə prinsipi ilə planlaşdırılıb. Keçid zonaları və texniki sahələr optimallaşdırılaraq, ümumi sahənin ən çox hissəsi birbaşa yaşayış üçün əlverişli şəkildə istifadəyə yönəldilib.

Bu yanaşma sayəsində daha geniş otaqlar, funksional planlaşdırma və ailə üzvləri üçün daha komfortlu məkanlar əldə edirsiniz.

Keyfiyyətli təmir

"Royal Residence" layihəsində mənzillər yüksək keyfiyyətlə və zövqlə təmir olunmuşdur. Təmir prosesində yalnız sertifikatlı və uzunömürlü materiallardan istifadə edilmiş, hər bir detal funksionallıq və estetik baxımdan incəliklə işlənmişdir.

Döşəmələr, divar örtükləri, santexnika avadanlıqları və daxili qapılar beynəlxalq standartlara uyğun şəkildə quraşdırılmışdır. İşıqlandırma, rəng palitrası və plan həlləri ailəvi rahatlıq və müasir görünüş üçün peşəkar yanaşma ilə seçilmişdir.

İzolyasiyalı mənzillər

Layihədə mənzillər səs və istilik izolyasiyası baxımından tam şəkildə təmin olunmuşdur. Tikinti zamanı istifadə olunan yüksək keyfiyyətli izolyasiya materialları sayəsində həm mənzillərarası səs keçirmə riski minimuma endirilmiş, həm də mənzil daxilində istilik balansı qorunmuşdur.

Bu yanaşma sakinlərə sakit, komfortlu və enerji baxımından səmərəli bir həyat tərzi təqdim edir. Qışda isti, yayda sərin mühit – əlavə enerji xərclərinə ehtiyac qalmadan.

Royal Residence

Rahatlığın və prestijin ünvanı

Memarlıq sənətinin zirvəsi

Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 83-də yerləşən bu binanın görünüşünə heyran qalacaqsınız. Möhtəşəm görkəmli tikili ətrafa xüsusi gözəllik gətirir və özündə rahatlığı, keyfiyyəti cəmləşdirir.

Binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə olunub. Betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinindir. Tikintidə istifadə edilən armaturlar Ukraynada istehsal olunub.

video image

Mənzillərin planı

room-svg room-svg room-svg room-svg room-svg

Otaq sayı {{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²

{{formattedPrice(item["mebleg"])}}

Mənzil tapılmadı

Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin

Üstünlüklər

Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!

Bizimlə əlaqə

Mesaj uğurla göndərildi

icon