Loading...
close-svg

Rahat yerləşmə

Şəhərin mərkəzində, H.Cavid prospekti ilə Akademik Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsində yerləşən Merida Premium, paytaxtın ən strateji nöqtəsində möhtəşəm mövqeyə sahibdir. Elmlər Akademiyası metro stansiyasına yaxın məsafədə yerləşməsi sayəsində həm ictimai nəqliyyata, həm də əsas magistrallara asan çıxış imkanı yaradır.

Ətrafında yerləşən parklar, təhsil və səhiyyə müəssisələri, ictimai iaşə obyektləri və mədəniyyət ocaqları ilə bu layihə sakinlərinə hər yönü ilə əlçatan, rahat və balanslı bir şəhər həyatı təqdim edir.

Burada yaşamaq – həm prestij, həm də gündəlik rahatlığın vəhdətidir.

Barokko üslubu

Merida Premium layihəsi memarlıqda nadir rast gəlinən barokko üslubunu müasir şəhər həyatına uğurla daşıyır. Bu üslubun təmtəraqlı və zərif detalları binanın xarici görünüşündə və ümumi kompozisiyasında öz əksini taparaq layihəyə fərqlilik və bədii dəyər qazandırır.

Sütunlar, simmetrik elementlər və dekorativ naxışlar binaya xüsusi bir estetik dəyər bəxş edir. Bu tərz yalnız vizual gözəllik deyil, həm də klassik Avropa memarlığının zərif ruhunu daşıyır. Merida Premium ilə barokko üslubu sadəcə keçmişin təntənəsi yox, bu günün zövqlü yaşayış tərzi kimi təqdim olunur.

İzolyasiyalı mənzillər

Binanın mərkəzi isitmə və soyutma sistemi ilə təmin olunması enerjiyə qənaətə, kondisionerlərin ətrafa zərərli maye axıtmamasına və bina fasadının hər zaman cəlbedici qalmasına şərait yaradılmışdır. İtaliyada hazırlanmış taxta, çöl qatı alüminium olan 2 kameralı, 3 qat 8 mm-lik şüşədən ibarət izolyasiyalı pəncərələr mənzilinizi ətraf mühitin səs-küyündən qoruyur. Binanın fasadına 8 sm qalınlığında aqlay daşlarından üzlük çəkilmişdir ki, bu da onun görünüşünə fərqlilik gətirir. Mənzillərin qışda isti, yayda isə sərin qalması üçün binanın xarici divarlarına ekoloji cəhətdən təmiz, radiasiyasız, isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilmişdir.

Sağlam tikinti

Merida Premium layihəsində tikinti prosesi yüksək keyfiyyət standartlarına və müasir mühəndislik prinsiplərinə əsaslanır. Layihədə istifadə olunan bütün materiallar ekoloji cəhətdən təmiz, davamlı və uzunömürlüdür. Tikinti zamanı zəlzələyə davamlılıq, istilik və səs izolyasiyası, nəmlikdən qorunma kimi amillər xüsusi nəzarətlə həyata keçirilir. Bu yanaşma yalnız struktur möhkəmliyini deyil, həm də sakinlərin rahatlığını və təhlükəsizliyini əsas tutur.

Sağlam tikinti – sağlam həyatın təməlidir.

Merida Premium

“Barokko” üslubunun möhtəşəm nümunəsi!

Klassik ruhla müasir həyatın təcəssümü!

Hüseyn Cavid prospekti 180 ünvanında inşa edilən bu bina görünüşü ilə görənləri heyran edir. Yaşayış kompleksi 18 mərtəbəli 3 bloklu binadan ibarətdir. Möhtəşəm görkəmli “Barokko” üslublu tikili ətrafa xüsusi gözəllik gətirir və özündə rahatlığı, keyfiyyəti cəmləşdirir.

Binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə edilib. Betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinindir. Tikintidə istifadə edilən armaturlar Ukraynada istehsal olunub.

video image

Mənzillərin planı

room-svg room-svg room-svg room-svg room-svg

Otaq sayı {{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²

{{formattedPrice(item["mebleg"])}}

Mənzil tapılmadı

Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin

Üstünlüklər

Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!

Bizimlə əlaqə

Mesaj uğurla göndərildi

icon