{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirliYeni Sumqayııt layihəsində təqdim olunan tam təmirli mənzillər sənə əlavə xərc və vaxt itirmədən birbaşa yaşayışa başlamaq imkanı yaradır. Yüksək keyfiyyətli materiallarla görülmüş təmir işləri həm estetik görünüş, həm də uzunömürlü istifadə ilə seçilir. Döşəmə, divar, tavan və santexnika işləri tam hazır şəkildə təhvil verilir – sənə isə yalnız köçmək qalır.
Günlük ehtiyacların təmin edilməsi üçün marketlər, apteklər, idman zalları, kafe və restoranlar bir yerdə toplaşıb. Bu, sakinlərə şəhərin digər hissələrinə getmədən bütün lazımi xidmətlərdən yararlanmaq imkanı verir. Kompleks daxilində müasir standartlara cavab verən məktəb və uşaq bağçası tikiləcək. Bu, ailələrin uşaqlarını təhlükəsiz və yaxın məsafədə təhsil aldırmaq üçün ideal şərait yaradır. Kompleks 5,8 hektar sahədə inşa edilir, bunun 1,3 hektarı yaşıllıq üçün nəzərdə tutulub. Təbiətlə iç-içə bir həyat üçün geniş parklar və abadlaşdırılmış sahələr təqdim olunur. Şəhərin mərkəzi nöqtələrinə yaxınlıqla yanaşı, səs-küydən uzaq olması kompleksin üstünlüklərindən biridir. Bu, sakinlərə həm şəhər həyatının dinamikliyindən yararlanmaq, həm də rahatlıq tapmaq imkanı verir.
Yeni Sumqayıt layihəsində ev sahibi olmaq indi daha asandır! Cəmi 30% ilkin ödənişlə, 20 ilədək ipoteka krediti və ya 30% ilkin ödənişlə, 36 ayadək faizsiz daxili kredit imkanı ilə büdcənə uyğun seçim edə bilərsən. Uzunmüddətli və sərfəli şərtlər sizə rahat şəkildə ev sahibi olmaq fürsəti yaradır. Yeni Sumqayıt – əlçatan qiymətlərlə keyfiyyətli yaşayış.
Yeni Sumqayıtda mənzillər elə planlanıb ki, hər kvadrat metr gündəlik yaşam üçün maksimum dəyər verir. Balkon, dəhliz və digər köməkçi sahələr minimum tutulub, əsas diqqət geniş və işıqlı otaqlara yönəlib. Nəticədə sən daha funksional, rahat və effektiv istifadə olunan ev məkanına sahib olursan. Artıq yer itkisi deyil, tam istifadə olunan faydalı sahə ilə yaşayırsan.
Sərfəli qiymətlə kompleks həyat tərzi!
Sülh küçəsi
Sülh küçəsi
"Yeni Sumqayıt" yaşayış kompleksi Sumqayıt şəhərinin əsas küçələrindən biri olan Sülh küçəsində, səs-küydən uzaq və sakit bir məkanda yerləşir. Bu kompleks şəhərin sakinlərinə müasir, rahat və keyfiyyətli yaşayış şəraiti təklif edir. Burada sakinlərin rahatlığı üçün hər bir incə detal nəzərə alınıb. Müasir dizaynlı binalar, geniş həyətlər, uşaqlar üçün oyun meydançaları, ailəvi istirahət zonaları və çoxfunksiyalı ərazilər kompleks daxilində yerləşir.
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!