{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirliBinaların fasadına isti və soyuğu keçirməyən daş yunu fasadı çəkilir. TexnoNikol şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzilinizi isti, isti havada isə sərin saxlayacaq. İzolyasiya sistemi həmçinin büdcənə qənaət etməyə kömək edəcək. Mənzillərin qızdırılması və soyudulması üçün sərf olunan enerji az olduğundan, işıq və qaz xərclərinizə qənaət edəcəksən.
Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalı qapılar olacaq. Bütün mənzillərin pəncərələri Almaniya texnologiyası ilə istehsal edilən plastik “PVC” pəncərələrdən ibarət olacaq. Sanitar qovşağının kafel-metlağı İspaniya, mənzilin döşəmələri Rusiya istehsalı olacaq. Mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilir. Mənzillərin Türkiyənin “E.C.A” firmasının kombi sistemi və istilik radiatorları, həmçinin hamam aksesuarları ilə təchiz olunması nəzərdə tutulmuşdur.
"Sky Home" yaşayış kompleksi, şəhərin prestijli ərazilərindən biri olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşir. Tiblisi prospekti və Qələbə dairəsinə yaxın mövqeyi sayəsində həm şəhərin əsas nəqliyyat qovşaqlarına, həm də gündəlik ehtiyac duyulan məkanlara sürətli çıxış imkanı yaradır. İstər işə tələsin, istər alış-verişə gedin, istərsə də şəhərdən kənar çıxış planlayın — "Sky Home"un mərkəzi yerləşməsi sayəsində zaman sizə qalır. Məktəblər, ticarət mərkəzləri, səhiyyə müəssisələri və metroya yaxınlıq bu ünvanı daha da dəyərli edir.
"Sky Home" layihəsində səni uşaq oyun meydançaları, rəngarəng çiçək bağçaları və dincəlmək üçün nəzərdə tutulmuş geniş yaşıllıq sahələri ilə əhatələnmiş mükəmməl bir həyət gözləyir. Ailənlə təbiətin qoynunda sağlam və rahat bir həyat yaşa.
Bakı səmasının yeni ulduzu!
Tbilisi prospekti
Tbilisi prospekti
"Sky Home" layihəsi Bakı şəhərinin ən prestijli ərazilərindən biri olan Qələbə dairəsi yaxınlığında yerləşir. Müasir və görkəmli binalardan ibarət olan "Sky Home" yaşayış kompleksində tam təmirli mənzilləri 20 illik ipoteka ilə əldə etmək mümkündür.
Şəfaət Mehdiyev küçəsi yaxınlığında, Yasamal parkına 5 dəqiqəlik piyada məsafədə yerləşən, gözəl mənzərəyə sahib yaşayış kompleksi 18 və 16 mərtəbəli olmaqla 3 binadan ibarətdir. Bütün mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışla (kupça) təmin olunacaq.
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!