Loading...
close-svg

Avropa brendləri ilə təmir

Təmir-tikinti işləri beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli texnologiyalar ilə həyata keçirilir. İstehsalçıların təqdim etdiyi premium keyfiyyət və innovativ həllər məhsulların uzunömürlü və funksional olmasını təmin edir. Müasir texnologiyalar əsasında hazırlanmış hamam aksesuarları və etibarlı kabel sistemləri təhlükəsizlik, üslub və dayanıqlılığın mükəmməl birləşməsini təqdim edir. Yanğına davamlı kabel sistemləri mənzilinizdə yüksək səviyyəli təhlükəsizlik təmin etməyə kömək edir. Mənzillər səs və istilik izolyasiyası baxımından xüsusi standartlara cavab verir. Səs izolyasiya sistemi mənzillərarası və xarici mühitdən daxil olan səslərin qarşısını alaraq sakinlərə daha sakit və komfortlu bir yaşam mühiti təqdim edir. Bununla yanaşı, istilik izolyasiyası sistemi ilə təchiz olunmuş mənzillər enerjiyə qənaət edərək, həm enerji səmərəliliyini, həm də büdcəni qoruyacaq.

Sərfəli şərtlər

"Sahil Park Sumqayıt" yaşayış kompleksində rahatlıqla mənzil sahibi olmaq üçün hər kəsin yararlana biləcəyi uyğun kredit şərtləri mövcuddur. Tam təmirli və çıxarışlı şəkildə təhvil verilən mənzillər 30% ilkin ödəniş etməklə, 20 illik ipoteka krediti və ya 36 ayadək faizsiz daxili kreditlə təklif olunur.

Kompleks həyat tərzi

Sahil Park sizə dəniz mənzərəli, rahat və hərtərəfli düşünülmüş kompleks həyat tərzi təqdim edir. Göyərçin parkı və Sumqayıt bulvarına yaxınlıq təbiətlə iç-içə istirahət imkanı yaradır. Ətrafda yerləşən məktəb və bağçalar, "ASAN xidmət" və digər sosial obyektlər gündəlik ehtiyaclarını asanlıqla qarşılamağa şərait yaradır. Kompleksdə ictimai iaşə obyektləri, kafe və restoranlar da rahat yaşayışa əlavə dəyər qatır.

Dəniz mənzərəli

Dəniz mənzərəli mənzillərdə hər günü tətildəymiş kimi yaşayacaqsan. Sahil Park Sumqayıtda dəniz mənzərəli mənzillər sənə sakitlik, təravət və yüksək komfort vəd edir. Geniş pəncərələrdən açılan dəniz panoraması günə enerjili başlamağına səbəb olacaq. Bu mənzillər həm istirahət, həm də investisiya üçün ideal seçimdir.

Sahil Park Sumqayıt

Dəniz mənzərəli mənzillər!

Dəniz mənzərəli mənzillərə sahib olmağa tələs!

Sumqayıt şəhərində yerləşən "Sahil Park Sumqayıt" dəniz mənzərəli mənzilləri və üstünlükləri ilə diqqətləri üzərinə cəlb edir. Möhtəşəm fasadı ilə göz oxşayan bu yaşayış kompleksi geniş həyətyanı park, uşaqlar üçün xüsusi oyun zonaları, oyun meydançaları, özəl məktəb və iaşə obyektləri ilə sakinlərin gündəlik ehtiyaclarını qarşılayacaq şəkildə inşa olunmuşdur. Eyni zamanda, layihədə sakinlərin rahatlığı üçün geniş və təhlükəsiz avtodayanacaq nəzərdə tutulub.

video image

Mənzillərin planı

room-svg room-svg room-svg room-svg room-svg

Otaq sayı {{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²

{{formattedPrice(item["mebleg"])}}

Mənzil tapılmadı

Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin

Üstünlüklər

Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!

Bizimlə əlaqə

Mesaj uğurla göndərildi

icon