{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirli"Park Yasamal" yaşayış kompleksi təbiətlə vəhdət təşkil edən 4 hektar ekoloji təmiz ərazidə salınır. Bununla yanaşı, 5 hektar ərazini əhatə edən "Şamlıq" parkı və 32 hektar ərazini əhatə edən Yasamal gölü ətrafı bulvar ərazi də sakinlərin istifadəsinə veriləcək.
Təmir-tikinti işləri beynəlxalq standartlara uyğun Avropa brendləri ilə aparılır. Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sənə xidmət edəcək. İtaliya istehsalı olan Gewiss üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinizin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək.
Kompleksdə tam təmirli, göl mənzərəli mənzillər, geniş və yaşıl həyət, müxtəlif təyinatlı ticarət obyektləri, istirahət zonaları, uşaq oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi hər yaş qrupuna aid sakinlərin rahatlığına rahatlıq qatacaq.
“Park Yasamal”da mənzillərarası və mənzildaxili divaralara yenilənmiş səs izolyasiyası tətbiq olunur. Yaradılan bu yeni izolyasiya sistemi mənzilinizdəki kənar səsləri yox dərəcəsinə endirir. Səs izolyasiyası imkanları ilə yanaşı istifadə etdiyimiz materiallar həmçinin istilik izolyasiyası xüsusiyyətinə malikdir. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir.
Bütün bunlarla yanaşı sakinlərin mənzilin ümumi sahəsində itkiyə getməməsini əsas prioritet hesab edən "Kristal" bu layihədə də optimal mənzil planlamasını rəhbər alıb. Belə ki, bütün mənzillərdə istifadəyə yararsız yaşayış sahələri minimuma endirilib.
Yeni başlanğıclara doğru!
3 saylı Bakı "ASAN xidmət" mərkəzi
3 saylı Bakı "ASAN xidmət" mərkəzi
İstər yerləşməsi, istər mənzərəsi, istərsə də yaratdığı digər imkanlarla "Park Yasamal" yaşayış kompleksi komfortlu yaşamın ünvanıdır. Kompleks şəhərin mərkəzinə yaxın, Yasamal rayonunda 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və "Bayraq" parkı yaxınlığında yerləşir.
Kaktus restoranından Yasamal gölü istiqamətində hərəkət etməklə layihəyə aparan yeni yol ilə kompleksin yerləşməsi daha da əlverişli olacaq. Böyük bir yaşayış kompleksinin davamı olaraq inşa olunan bu kompleksin yerləşməsi şəhərin bütün istiqamətlərinə rahat və tez hərəkət etmək imkanı yaradır.
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!