{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirliLayihənin 4-cü və 3-cü mikrorayon dairələrinin və əsas yol qovşaqlarının yaxınlığında yerləşməsi onun əlverişli xüsusiyyətlərindən biridir. “Memar Əcəmi” metro stansiyasına cəmi 5 dəqiqəlik piyada məsafədə olması, şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobus dayanacaqları ictimai nəqliyyatı da daha əlçatan edərək sakinlərin rahatlığının təminatı olacaq.
Park Əcəmi layihəsində sənə təqdim olunan mənzillər Avropa standartlarına uyğun, zövqlü və keyfiyyətli təmir ilə fərqlənir. Təmir zamanı seçilmiş materiallar davamlılıq və estetik görünüşü birləşdirərək uzunmüddətli rahatlıq təmin edir. Hər detalda funksionallıq və incəlik hiss olunacaq. Sadəcə köç və premium yaşamın dadını çıxar!
Həm rahatlığı, həm də müasir memarlıq üslubuyla diqqətləri özünə yönəltməkdə heç də çətinlik çəkməyən binaların fasadı keramoqranitlə üzlənəcək. Binalarının daş yunu ilə izolyasiya olunması onların yayda sərin, qışda isə isti qalmasını təmin edir. Həmçinin qonşu divarlar arasında daş yunu izolyasiya tətbiq edildiyi zaman mənzillər arası səs keçiricilik problemi də aradan qalxır.
Memar Əcəmidən ilhamlandıq, Əcəmidə inşa etdik!
"Memar Əcəmi" metro stansiyası
"Memar Əcəmi" metro stansiyası
"Kristal" “Memar Əcəmi” metro stansiyasının yaxınlığında növbəti möhtəşəm layihənin inşasına start verib. Nəsimi rayonu, Hüseynbala Əliyev 15-də yerləşən yaşayış kompleksinin müasir üslublu memarlığı zövqlə yaşamaq istəyənlər üçün əvəzsiz seçim olacaq. Bənzərsiz landşaft özünəməxsusluğu ilə göz qamaşdıracaq. 17, 18 və 20 mərtəbəli olmaqla 3 binadan ibarət kompleksin ərazisində həm sənin, həm də övladlarının istirahəti üçün bütün imkanlar düşünülüb. Planda övladlarının asudə vaxtını xoş keçirməsi üçün yaşıllıqla əhatə olunmuş oyun parkları və əyləncə sahələrinin də olması var. Həmçinin kompleksin yaxınlığıda “N. Məmmədov” adına 9 nömrəli tam orta məktəbin olması övladları məktəbli olan sakinlər üçün sözün əsl mənasında yerinə düşəcək. Bütün mənzillər tam təmirli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışlıdır.
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!