Loading...
close-svg

Bakı bulvarına mənzərə

"Kristal Towers" səni şəhərin mərkəzində – Bakı bulvarının düz yanında yerləşən unikal bir mənzərəyə dəvət edir. Burada hər səhər pəncərəni açanda səni dənizin sonsuz maviliyi və bulvarın sakit ritmi qarşılayır. Günəşin dəniz üzərindəki əksi, axşam saatlarında bulvar boyu gəzişən insan axını və şəhərin ritmini uzaqdan izləmək imkanı "Kristal Towers" sakinlərinə aid olan gündəlik bir lüksdür. Burada yaşamaq, Bakının prestijini və dənizin sakitliyini bir arada hiss etmək deməkdir.

Premium yaşayış kompleksi

Müasir memarlıq, dəniz mənzərəli geniş mənzillər, beynəlxalq standartlara uyğun tikinti materialları və hər detalda hiss olunan incə zövq bu layihəni Bakının ən prestijli ünvanlarından birinə çevirir. Kompleksin daxilində rezidentlər üçün nəzərdə tutulmuş premium xidmətlər – 24/7 təhlükəsizlik, uşaq meydançaları və yeraltı parkinq, yaxınlıqda yerləşən ictimai iaşə obyektləri rahatlıqla lüksü birləşdirir. "Kristal Towers"də hər şey sənin konfortunu, təhlükəsizliyini və yüksək həyat keyfiyyətini təmin etmək üçün düşünülüb.

Əlverişli yerləşmə

"Kristal Towers"in əsas üstünlüklərindən biri – şəhərin mərkəzində, eyni zamanda sakitlik və komfortla əhatələnmiş ideal mövqeyidir. Bakı bulvarının düz yanında yerləşməsi, dəniz mənzərəsindən zövq almaqla yanaşı, şəhərin mərkəzi nöqtələrinə – biznes mərkəzlərinə, təhsil mərkəzlərinə, ticarət və istirahət məkanlarına cəmi bir neçə dəqiqəlik məsafədə olma imkanı yaradır. İctimai nəqliyyat, əsas avtomobil yolları ilə rahat əlaqə – bu, Kristal Towers sakinlərinə həm gündəlik həyatlarını planlaşdırmaqda, həm də vaxtlarına dəyər verməkdə üstünlük qazandırır.

Qapalı həyət

Qapalı həyət, 24/7 mühafizə sistemi, giriş-çıxışa nəzarət texnologiyaları və peşəkar təhlükəsizlik heyəti ilə özünü hər zaman rahat və qorunmuş hiss edəcəksən. Kompleksin ərazisi yalnız sakinlər və onların qonaqları üçün nəzərdə tutulub. Bu isə ailənin və övladlarının təhlükəsizliyini tam şəkildə təmin edir. Uşaqlar üçün ayrılmış oyun meydançaları, xüsusi gəzinti yolları və sakit həyət sahələri gündəlik həyatına daha çox etibar və rahatlıq qatacaq.

Kristal Towers

Hər səhər dənizə baxaraq oyan!

Addımın bulvara, mənzərən dənizə yönəlsin!

Gözəllik və dəbdəbənin sintezi olan "Kristal Towers" qüllələri Bayılda, Bakı bulvarının düz qarşısında yerləşir. "Kristal" bu layihədə premium müştərilərə xitab edərək, dəniz və şəhər mənzərəli lüks mənzillər inşa edib.

Yaşayış kompleksinin inşasında istifadə edilən Avropa istehsalı brend tikinti material və aksesuarlar keyfiyyət və təhlükəsizliyin harmoniyasını yaradır. Premium seqmentin bütün tələblərinə uyğun şəkildə inşa olunan Kristal Towers qüllələri 16 mərtəbədən ibarətdir.

video image

Mənzillərin planı

room-svg room-svg room-svg room-svg room-svg

Otaq sayı {{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²

{{formattedPrice(item["mebleg"])}}

Mənzil tapılmadı

Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin

Üstünlüklər

Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!

Bizimlə əlaqə

Mesaj uğurla göndərildi

icon