{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirliDəniz mənzərəli kompleksin qapıları 43 hektarlıq, 300 000-dək ağac əkilmiş "Gənclik" parkına açılır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksionlar, piknik məntəqələri, qaçış zolağı, velosiped yolları tikilmişdir.
Kompleksdə mənzillər müasir standartlara cavab verən yeni üslubda təmir olunur. İstifadə olunan tikinti materiallarının hər biri beynəlxalq standartlara uyğun Avropa brendləridir. Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sənə xidmət edəcək. İtaliya istehsalı olan Gewiss üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyinizdən asılı olmayaraq, Gewiss estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir və davamlı istifadəyə yararlıdır. İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir.
Yeni binalarda parkinq problemi qaçılmazdır. Buna görə də "Highland Residence" sənə geniş avtodayanacaq təklif edir. Həmçinin kompleksin geniş, yaşıl daxili həyəti də mövcuddur və həyətə avtomobillərin girişinə yalnız fövqəladə vəziyyətlərdə icazə verilir. Bu qayda sənin və övladlarının kompleksin həyətindən təhlükəsiz şəkildə yararlanması üçün şərait yaradır.
"Highland Residence"də mənzillərarası və mənzildaxili divaralara yenilənmiş səs izolyasiyası tətbiq olunur. Yaradılan bu yeni izolyasiya sistemi mənzilindəki kənar səsləri yox dərəcəsinə endirir. Səs izolyasiyası imkanları ilə yanaşı istifadə etdiyimiz materiallar həmçinin istilik izolyasiyası xüsusiyyətinə malikdir. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artıran ekoloji cəhətdən təmiz bir həldir.
Həyət qapın "Gənclik" parkına açılacaq!
"Həzi Aslanov" metro stansiyası
"Həzi Aslanov" metro stansiyası
"Highland Residence" "Gənclik" parkının düz yanında, 8 Noyabr prospektinə qısa məsafədə yerləşir və mənzərəsi Bakı buxtasına açılır. Layihənin əlverişli yerləşməsi şəhərin mərkəz ərazilərinə çox qısa müddətdə çatmaq imkanı yaradır. "Həzi Aslanov" metro stansiyasının yaxınlığında yerləşən kompleksin ətrafında orta məktəb və iaşə obyektlərinin mövcudluğu sənin və övladlarının rahatlığını təmin edəcək.
Available for occupancy at April 2024
{{item['appartment count']}} mənzil
Available for occupancy at April 2024
Available for occupancy at April 2024
28 apartment
28 apartment
28 apartment
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!