{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirli"Central Park"da mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir-tikinti işləri beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə aparılır. Alman istehsalı olan Grohe keyfiyyət baxımından qlobal bazarda aparıcı şirkətlərdəndir və bir sıra üstünlüklər təqdim edir. Bununla da Grohe hamam aksesuarları uzun illər sənə xidmət edəcək. İtaliya istehsalı olan Gewiss üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. Klassik, müasir və ya minimalist üsluba üstünlük verməyindən asılı olmayaraq, Gewiss estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir və davamlı istifadəyə yararlıdır. İtaliyan şirkəti Prysmian Group kabel sistemləri sənayesində qlobal liderlərdəndir. Prysmian yanmayan kabellər sayəsində mənzilinin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir.
"Central Park" şəhərin dinamik mərkəzinə yaxın, eyni zamanda sakit və rahat bir ərazidə yerləşir. Neftçilər metrosuna və əsas nəqliyyat xətlərinə yaxınlıq sayəsində gündəlik marşrutlarınız sürətli və problemsiz olacaq. Yaxınlıqda yerləşən məktəb, bağça, tibb mərkəzləri və ticarət obyektləri isə həyatınızı daha da rahat və funksional edir. Burada həm şəhər rahatlığı, həm də kompleksin təqdim etdiyi komfort bir aradadır.
"Central Park" tam təmirli, funksional planlaşdırılmış mənzilləri ilə rahat yaşayış üçün hər şeyə malikdir. Kompleks daxilində geniş həyət, uşaqlar üçün oyun zonası və avtomobil dayanacağı mövcuddur. Yaxınlıqda məktəb, bağça, tibb və ticarət mərkəzləri yerləşir, metroya isə bir neçə dəqiqəlik məsafə var. Burada həm komfort, həm də şəhər həyatının bütün imkanları bir aradadır.
"Central Park" layihəsində hər detal sizin rahatlığınız üçün düşünülüb. Burada yaşayışa az yararlı sahələr – hamam, balkon və keçid zonaları minimumda saxlanılaraq otaqlar maksimum funksional və geniş planlanıb. Bu sayədə ailən ilə birlikdə daha sərbəst, rahat və effektiv istifadə olunan yaşayış məkanına sahib olursan.
"Neftçilər" metro stansiyasına 5 dəqiqəlik məsafədə!
"Neftçilər" metro stansiyası
"Neftçilər" metro stansiyası
"Neftçilər" metro stansiyası və Qara Qarayev prospektinə qısa məsafədə yerləşən, layiq olduğun yüksək həyat standartlarına cavab verən "Central Park" geniş, yaşıl həyətə malikdir. Kompleksdə yerləşən oyun zonaları və idman meydançaları övladının səmərəli vaxt keçirməsini təmin edəcək.
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!