{{formattedPrice(item["mebleg"])}} ₼
{{formatRoomsView(item["otaq"])}} • {{item['area']}} m²
Yaşayışa hazır tam təmirli Tam təmirliKompleksdə mənzillər müasir standartlara cavab verən yeni üslubda təmir olunur. İstifadə olunan tikinti materiallarının hər biri beynəlxalq standartlara uyğun, Avropa brendləridir.
Kompleksin fasadı müasir dizaynı ilə yanaşı, uzunömürlü və keyfiyyətli materiallardan hazırlanmışdır. Sakinlərə komfortlu bir yaşam mühiti təmin edən səs izolyasiya sistemi mənzillərdəki səs-küyün qonşu mənzillərə keçməsinin qarşısını alır, eyni zamanda xarici səslərin içəri daxil olmasını əngəlləyir. Bu isə sakinlərə öz evlərində sakit və rahat bir atmosferdə yaşamaq imkanı yaradır.
"Biləcəri" yaşayış kompleksində rahatlıqla mənzil sahibi olmaq üçün hər kəsin yararlana biləcəyi uyğun kredit şərtləri mövcuddur. Tam təmirli və çıxarışlı şəkildə təhvil verilən mənzillər 20%-dən başlayan ilkin ödənişlə, 20 illik ipoteka krediti və ya 36 ayadək faizsiz daxili kreditlə təklif olunur.
"Biləcəri" yaşayış kompleksi "Avtovağzal" metro stansiyasına yaxın, şəhərin əsas ərazilərinə rahat çıxış imkanı olan prestijli məkanda yerləşir. Ətrafında məktəb, bağça, ictimai iaşə obyektləri və gündəlik ehtiyaclar üçün zəruri infrastruktur mövcuddur. Həm sakit, həm də əlçatan mühitdə rahat və funksional həyat tərzi üçün ideal seçimdir.
Sərfəli qiymətlə əlverişli yerləşmə!
"Avtovağzal" metro stansiyası
"Avtovağzal" metro stansiyası
"Biləcəri" yaşayış kompleksi "Avtovağzal" metrosuna yaxınlığı ilə əlverişli yerləşməyə sahibdir. Layihənin şoseyə və metro stansiyalara yaxınlığı sakinlərə ictimai nəqliyyatdan rahat istifadə imkanı yaradır. Geniş yaşıllıqlar əhatəsində və sakit bir mühitdə yerləşən kompleks yaxınlığında geniş park, məktəb, bağça, tibb mərkəzi və bir çox iaşə obyektləri sakinlərin rahatlığı və ehtiyacları üçün nəzərdə tutulub.
Axtarış üzrə heç bir nəticə tapılmadı. Zəhmət olmasa axtarış parametrlərini dəyişərək yenidən cəhd edin
Hər zaman sakinlərimiz üçün ən yaxşısını etməyə çalışırıq!