Loading...

13 Feb 2026

"Park Yasamal"da yeni satış şərtləri: faiz yoxdur, aylıq öhdəlik yoxdur - "Kristal!"

"Kristal"dan Yasamalda mənzil almaq istəyən, amma faiz və kredit yükü istəməyənlərə real fürsət!

"Park Yasamal" layihəsində təqdim olunan "Evini hissə-hissə al" satış modeli ilə yeni mənzilinə addım-addım, imkanına uyğun şəkildə sahib ola bilərsən. Bu yanaşma kredit, faiz və aylıq öhdəlik olmadan mənzil sahibi olmaq istəyənlər üçün nəzərdə tutulub.

Modelin əsas prinsipi sadədir: alıcı seçdiyi mənzildən istədiyi qədər yaşayış sahəsi əldə edir və hər kvadratmetr onun adına rəsmi şəkildə sənədləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m., istərsə də daha çox - seçim tamamilə müştərinin büdcəsinə və planına uyğun formalaşır. Vəsait olduqca əlavə kvadratmetrlər alınaraq mənzilin sahəsi tədricən artırılır. Bu müddət ərzində heç bir faiz hesablanmır və aylıq ödəniş öhdəliyi yaranmır. Ödənilən məbləğ birbaşa real mənzil sahəsinə çevrilir.

Əldə edilən sahə satış dəyərinə paralel olaraq dəyər qazanır. Yəni əmlakın satış qiyməti yüksəldikcə sənin sahib olduğun kvadratmetrlərin də dəyəri artır. Bu isə vəsaitin inflyasiyadan qorunması deməkdir.

Əgər toplanan məbləğ seçilmiş mənzilin tam alınmasına kifayət etməzsə və ya həmin mənzil proses müddətində satılarsa, müştəriyə alternativ variantlar təqdim edilir. Topladığı dəyər həmin günün bazar qiyməti əsasında hesablanaraq layihə daxilində və ya şirkətin digər layihələrində uyğun mənzilə yönləndirilə bilər.

Gələcəkdə müştəri mənzil əldə etmək fikrindən imtina edərsə və ya planlarını dəyişərsə, yatırdığı vəsaiti illik 12% artımla geri almaq hüququna malikdir. (Bu 12%-lik illik gəlir hər bir ödəniş üzrə ayrıca qaydada, vəsaitin yatırıldığı tarixdən etibarən faktiki saxlanma müddətinə uyğun şəkildə hesablanır və tətbiq olunur.)

"Park Yasamal"da eyni zamanda 36 ayadək faizsiz daxili kredit və 20 ilədək ipoteka imkanı mövcuddur. 15%-dən başlayan ilkin ödənişlə öz planına və maliyyə imkanlarına uyğun variantı seçə bilərsən.

Layihə Yasamal rayonunda, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaxınlığında, şəhərə rahat çıxışı olan ərazidə yerləşir. Kompleksdə həm hazır, həm tikintisi davam edən, həm də əşyalı mənzillər satışdadır. Mənzillər 39,71 m²-dən 120,47 m²-dək, 2, 3, 4 otaqlı və studiya variantlarda təqdim olunur. İtkisiz, maksimum səmərəli planlanan mənzillər sakinlərə Avropa brendləri ilə tam təmirli şəkildə təhvil verilir.

Əlavə olaraq, mənzil üçün etdiyiniz ilkin ödənişin ƏDV məbləği 30 iş günü ərzində sizə geri qaytarılır. Bu isə ilkin ödənişin real olaraq azalması deməkdir.

Yasamalda hissəli alışla ev sahibi olmaq üçün layihənin satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.

Ətraflı: *1544

Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi

kristal.az

"Kristal"ın Sumqayıtdakı "Sahil Park" və "YeniSumqayıt" layihələrində mənzil satışları davamedir!

"Kristal"ın Sumqayıtdakı "Sahil Park" və "YeniSumqayıt" layihələrində mənzil satışları davamedir!

"Kristal"ın Sumqayıt şəhərində inşa edilən "Sahil Park Sumqayıt" və "Yeni Sumqayıt" layihələrində mənzil satışlarıdavam edir. Hər iki layihə müasir memarlığı, keyfiyyəti vəsərfəli satış şərtləri ilə seçilir. "Yeni Sumqayıt"la yeni həyata addım at!

Yaşayışa hazır mənzil axtaranlara əla təklif: Nərimanovda 4 otaqlı mənzillər satışdadır - "Kristal!"

Yaşayışa hazır mənzil axtaranlara əla təklif: Nərimanovda 4 otaqlı mənzillər satışdadır - "Kristal!"

"Kristal"ın "City Garden Narimanov" layihəsində artıq yaşayışa hazır, premium mənzillərin satışına start verilib.

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

"Kristal"ın "Geniş və funksional həyət" konsepti ilə tanış olun!

Böyük şəhərlərdə yaşayış rahatlığını müəyyən edən əsas amillərdən biri də mənzilin rahatlığı ilə yanaşı, onun ətraf mühitidir. Son dövrlərdə uşaqların oynaya biləcəyi, ailənin dincələ biləcəyi, təbiətə yaxın, təhlükəsiz və funksional həyət mühiti insanların ən böyük istəklərindən birinə çevrilib.

icon