"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.
Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılması və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrin daxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdə aparılan işləri əhatə edir.
Memorandumu GEWISS şirkətinin Yüksək Artım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri Guido Bonacina, "Kristal"dan isə şirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev imzalayıb.
GEWISS brendi elektrik avadanlıqları sahəsində Avropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimi tanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları ilə seçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımından beynəlxalq standartlara tam cavab verir. GEWISS-in elektrik açarları və digər aksesuarları isə müasir interyerlərə uyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilə tikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlər GEWISS-i dünya üzrə tikinti layihələrində üstünlük verilən top brendə çevirir.
Əməkdaşlıq çərçivəsində "Kristal"ın "City Garden Narimanov", "Park Yasamal", "Highland Residence", "Biləcəri", "Sahil Park" layihələrində GEWISS istehsalı olan elektrik açarları və digər elektrik aksesuarlarının tədarükü nəzərdə tutulur.
Bu məhsullar yaşayış komplekslərində elektrik təchizatı, işıqlandırma və idarəetmə sistemlərinin quraşdırılması prosesində istifadə olunur.
"Kristal" və GEWISS bundan sonra da uzunmüddətli əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsini planlaşdırır.
Ətraflı: *1544
kristal.az
Cəmi 20% ilkin ödənişlə "Park Yasamal"da tam təmirli mənzil sahibi olun - "Kristal"!
Yasamalda tam təmirli mənzil axtarırsınız? Üstəlik, faizsiz və komissiyasız?
Yeni dövr, yeni ad: Kristal rebrendinq etdi!
Bu gün, 31 may tarixində, Gülüstan sarayında Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan Kristal brendinin rebrendinq tədbiri keçirilir.
"City Garden Narimanov" layihəsi daha bir uğura imza atdı!
"Kristal"ın "City Garden Narimanov" layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!