Yeni tərəfdaşlıq çərçivəsində “Geberit”in mühəndislik və sanitar həllərinin Kristalın şəhər layihələrində tətbiqi nəzərdə tutulur.
Əməkdaşlığa əsasən, Kristalın şəhər layihələrindəki tam təmirli mənzillərdə “Geberit”in gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, eləcə də duş drenaj sistemlərindən istifadə olunacaq.
Avropanın sanitar-texniki avadanlıqlar sahəsində tanınmış istehsalçılarından olan “Geberit” funksionallıq, müasir texnologiya və uzunmüddətli istismar prinsiplərinə əsaslanan həlləri ilə seçilir. Brendin məhsulları yaşayış məkanlarında həm estetik görünüşün, həm də mühəndislik sistemlərinin etibarlılığının təmin edilməsinə yönəlib.
Kristalın yaşayış layihələrində təmir keyfiyyəti əsas prioritetlərdən biridir. Şirkət mənzillərin həm estetik görünüşünə, həm də uzunmüddətli istifadəsinə xüsusi diqqət yetirərək dünyanın tanınmış istehsalçılarının məhsullarına üstünlük verir. Bu istiqamətdə HARO, GEWISS, Prysmian Group, Zambaiti Parati, GROHE, Hansgrohe, Florim və Infinity kimi beynəlxalq brendlərlə əməkdaşlıq və onların məhsullarından istifadə mühüm yer tutur. “Geberit” ilə imzalanan yeni memorandum isə bu yanaşmanın davamı olaraq, Kristalın tam təmirli mənzillərində sanitar-texniki və mühəndislik sistemlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.
Bu tərəfdaşlıq Kristalın şəhər layihələrində tam təmirli mənzillərin texniki təchizatının təkmilləşdirilməsinə və sakinlər üçün daha funksional, etibarlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.
Ətraflı: *1544
kristal.az
Metroya yaxın premium mənzillər faizsiz kreditlə - "City Garden Narimanov"!
Nərimanovda faizsiz kreditlə premium mənzil sahibi olmaq istəyənlər üçün möhtəşəm fürsət!
"Gənclik" parkının yanında prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal"
"Kristal"ın prestijli layihəsi "Highland Residence"dən sevindirən xəbər var.
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək!
Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.