"Kristal Abşeron" rebrendinq etdi!
Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Abşeron" 31 may tarixində "Gülüstan" sarayında keçirilən rebrendinq tədbirində yeni loqotipini və brend kimliyini ictimaiyyətə təqdim edərək fəaliyyətini artıq "Kristal" adı ilə davam etdirdiyini elan edib.
Şirkətin yeni brendinq və kommunikasiya strategiyası artıq daha aydın, daha peşəkar və hər şeydən öncə daha insanmərkəzli olacaq.
Tədbirin açılış nitqini "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlərdən, həmçinin rebrendinq prosesinin şirkətin mövcud dəyərlərini qorumaq və onları daha çağdaş yanaşmalarla, yeni baxış bucaqları ilə zənginləşdirmək məqsədi daşıdığından bəhs edib.
Rebrendinq çərçivəsində kristalabsheron.az saytı kristal.az saytı ilə əvəzlənib. İnsanmərkəzli yanaşmadan yola çıxaraq, yeni saytda bütün məlumatlar istifadəçilər üçün daha aydın və daha əlçatandır. "Kristal"ın ən önəmli yeniliklərindən biri isə əmlak sektorunda bir ilk olacaq mobil tətbiqidir. Bu smart tətbiq 30-dan çox funksiya ilə sakinlərin həyat komfortuna xidmət edəcək.
Tikinti sektorunda etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə əsaslanan "Kristal" bu gün yenilənmiş imici ilə həmin dəyərlərə sadiq qalaraq yoluna davam edir.
Rebrendinq tədbirində "Kristal"ın kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsi musiqili konsert proqramı ilə davam edib.
Ətraflı: *1544
"City Garden Narimanov"da premium həyatın üstünlükləri bir layihədə - "Kristal!"
Şəhər mərkəzinə yaxın, geniş yaşıllığa malik, müasir memarlıq və yüksək tikinti standartlarını bir araya gətirən yaşayış kompleksi axtaranlar üçün "City Garden Narimanov" diqqət çəkən ünvanlardan biridir.
Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər
Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən "Park Yasamal” isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənəuyğun olanı tapmaqdır.
“Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
“Kristal”ın şəhərin ən perspektivli ərazilərindən birində reallaşdırdığı prestijli “Highland Residence” layihəsindən mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var. Tikintisinin əsas hissəsi artıq tamamlanmış yaşayış kompleksində dəniz və 43 hektarlıq “Gənclik” parkına açılan mənzərəyə malik mənzillər sərfəli ipoteka şərtləri ilə satışa çıxarılıb.