"Kristal Abşeron" rebrendinq etdi!
Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Abşeron" 31 may tarixində "Gülüstan" sarayında keçirilən rebrendinq tədbirində yeni loqotipini və brend kimliyini ictimaiyyətə təqdim edərək fəaliyyətini artıq "Kristal" adı ilə davam etdirdiyini elan edib.
Şirkətin yeni brendinq və kommunikasiya strategiyası artıq daha aydın, daha peşəkar və hər şeydən öncə daha insanmərkəzli olacaq.
Tədbirin açılış nitqini "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlərdən, həmçinin rebrendinq prosesinin şirkətin mövcud dəyərlərini qorumaq və onları daha çağdaş yanaşmalarla, yeni baxış bucaqları ilə zənginləşdirmək məqsədi daşıdığından bəhs edib.
Rebrendinq çərçivəsində kristalabsheron.az saytı kristal.az saytı ilə əvəzlənib. İnsanmərkəzli yanaşmadan yola çıxaraq, yeni saytda bütün məlumatlar istifadəçilər üçün daha aydın və daha əlçatandır. "Kristal"ın ən önəmli yeniliklərindən biri isə əmlak sektorunda bir ilk olacaq mobil tətbiqidir. Bu smart tətbiq 30-dan çox funksiya ilə sakinlərin həyat komfortuna xidmət edəcək.
Tikinti sektorunda etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə əsaslanan "Kristal" bu gün yenilənmiş imici ilə həmin dəyərlərə sadiq qalaraq yoluna davam edir.
Rebrendinq tədbirində "Kristal"ın kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsi musiqili konsert proqramı ilə davam edib.
Ətraflı: *1544
Yasamalda ipotekaya yararlı, yaşayışa hazır mənzil sahibi olun - "Kristal!"
Mənzil axtaran hər kəsin seçim edərkən diqqət yetirdiyi məqamlar fərqlidir. Tikintisi davam edən mənzillər sərfəli seçim axtaranlar üçün, hazır mənzillər isə dərhal köçmək istəyənlər üçün idealdır.
"Kristal"ın Sumqayıtdakı "Sahil Park" və "YeniSumqayıt" layihələrində mənzil satışları davamedir!
"Kristal"ın Sumqayıt şəhərində inşa edilən "Sahil Park Sumqayıt" və "Yeni Sumqayıt" layihələrində mənzil satışlarıdavam edir. Hər iki layihə müasir memarlığı, keyfiyyəti vəsərfəli satış şərtləri ilə seçilir. "Yeni Sumqayıt"la yeni həyata addım at!
Yaşayışa hazır mənzil axtaranlara əla təklif: Nərimanovda 4 otaqlı mənzillər satışdadır - "Kristal!"
"Kristal"ın "City Garden Narimanov" layihəsində artıq yaşayışa hazır, premium mənzillərin satışına start verilib.