Loading...

31 May 2023

“Kristal” 20 yaşını qeyd edir!

“Kristal” 20 yaşını qeyd edir. Yubiley tədbiri may ayının 26-sı “Gülüstan sarayı”nda “Kristal”un kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbir “Kristal” şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin çıxışı ilə başlayıb.

Mahayət Nəbiyev çıxışında Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatına xüsusi ilə tikinti sektorunun inkifaşına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu diqqətin bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Mahayət Nəbiyev şirkətin 20 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlər və gələcək hədəfləri haqqında məlumat verib, bu dövr ərzində şirkətin tərəfdaşı olan özəl və dövlət qurumlarına öz təşəkkürünü bildirib.

Yubiley tədbiri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Deputat Tahir Mirkişili, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli və Türkiyənin məhşur Aslı Mimarlık şirkətinin sahibi Hüseyn Tonguç Özcanın çıxışları ilə davam edib.

Daha sonra qala gecəsi xüsusi dəvət olunmuş musiqiçilərin ifaları və şou proqramları ilə davam edib.

Qeyd edək ki 2003-cü ildən öz uğurlu fəaliyyətinə başlamış "Kristal" şirkəti bugünə qədər etibarlılıq, dürüstlük və keyfiyyət kimi dəyərlərə əsaslanaraq bir çox böyük layihələrə imza atıb.

Biləcəridə 22 397 AZN ilkin ödənişlə mənzil sahibi olun - "Kristal"!

Biləcəridə 22 397 AZN ilkin ödənişlə mənzil sahibi olun - "Kristal"!

Sərfəli şərtlərlə, tam təmirli mənzil axtarırsınızsa doğru ünvandasınız!

"Kristal"dan yeni fürsət: Biləcəridə 2 otaq studiya mənzil, sadəcə 957 manat aylıq ödənişlə!

"Kristal"dan yeni fürsət: Biləcəridə 2 otaq studiya mənzil, sadəcə 957 manat aylıq ödənişlə!

Sərfəli şərtlərlə yeni mənzil axtaranlar üçün əla xəbərimiz var! "Kristal" "Biləcəri" layihəsində yeni 2 otaq studiya mənzillərin satışına start verib!

Mənzil axtarırsınız? "City Garden"də faizsiz kredit imkanı ilə premium mənzillər sizi gözləyir - "Kristal!"

Mənzil axtarırsınız? "City Garden"də faizsiz kredit imkanı ilə premium mənzillər sizi gözləyir - "Kristal!"

"Kristal"ın "City Garden Narimanov" layihəsində 36 ayadək faizsiz, daxili kredit imkanı ilə premium mənzillərinin satışı davam edir. "N.Nərimanov" metro stansiyasından qısa məsafədə yerləşən layihə sakinlərinə əlverişli yerləşmə, müasir standartlar və yüksək tikinti keyfiyyəti ilə seçilən yaşayış məkanı təqdim edir.

icon