Loading...

1.8.2025

Tikintidə tədqiqat və innovasiya üzrə mütəxəssis

Tələblər:

  • İnşaat mühəndisliyi, biznes idarəçiliyi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Tikinti sahəsində və ya satınalma, biznesin inkişafı, məhsul idarəçiliyi sahələrində ən azı 3 il təcrübə;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Yaxşı səviyyədə Rus və İngilis dili;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində istifadə olunan yeni texnologiya, materiallar, innovativ alətlər və həlləri araşdırmaq;
  • Müasir bazar trendlərini və texnologiyaları monitorinq etmək, şirkət üçün uyğun olanları müəyyənləşdirərək rəhbərliyə təqdim etmək;
  • Tikintidə innovasiya yönümlü təşəbbüslərin təklif olunması və tətbiqinə dair layihələr hazırlamaq.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

  • Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Tikintidə tədqiqat və innovasiya üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət Prosesi:

Müraciət etmək üçün, zəhmət olmasa, ixtisaslarınızı və təcrübənizi əks etdirən CV-nizi təqdim edin. Araşdırma məxfi qaydada “Kristal" şirkəti tərəfindən aparılır.

Ərizə forması

CV uğurla göndərildi

icon