
Mahayət Nəbiyev
Müşahidə Şurasının SədriMühasibat və iqtisadiyyat sahəsində ixtisaslaşan Mahayət Nəbiyev 1980-ci ildən müxtəlif idarəetmə və maliyyə strukturlarında çalışaraq peşəkar təcrübə qazanmışdır. 2003-cü ildə təsis etdiyi “Kristal”ın strateji inkişafına rəhbərlik edərək şirkəti ölkənin aparıcı inşaat brendlərindən birinə çevirmişdir.
Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan memarlığı və şəhərsalma mühitinin inkişafına mühüm töhfələr vermişdir. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
