22 illik təcrübə
Keyfiyyət, etibar, komfort
Yüksək keyfiyyətli və etibarlı tikinti şirkəti
Keyfiyyət, etibar, komfort
Minlərlə insanın eviyik
Sənin üçün inşa edirik
Ev - sənin üçün doğulduğun gündən, mənim üçün 2003-cü ildən başlayan hekayə. Hara getsək də, sonda evə qayıdırıq. Ona görə də “hər kəsin qayıtmağa bir evi olmalıdır” deyib yola çıxdıq. Ev olsun deyə göydələnlər ucaltdıq. Yüksəlib səmada parıldayan xəyala çatdıq.
Ən doğma yerinə çevrildik. Böyüdün, biz də böyüdük. Komplekslər inşa etdik. Bir mənzildən daha artığı, həyat tərzi olduq. Sən də rahatlıq tapdın.
Dənizin bitdiyi nöqtədən, Bakıdan başladıq. Sonra bütün yarımadaya səpələndik. Sumqayıta, Xırdalana qapılar açdıq.
Mənzilləri tam təmirli təhvil veririk ki, ustalara və təmirə vaxt itirməyəsən, evinə köçüb ailənə zaman ayırasan. Qonşunun tikinti-təmir səsi də yuxunu bölməsin.
Yüksəlməkdən qorxmursansa, bizə qoşul. Potensialını reallığa çevir!
Layihələr yaradarkən şəhərin görünüşünə gözəllik qatıb, ətraf mühitə ziyan vurmamağa çalışırıq.